Xristian dinini Allah göndərib, yoxsa insanlar uydurub?

    03.10.2021
Sual: 
Hervaxtiniz xeyir .size bir nece sualim olacaq xais edirem deqiq melumat verin xristianlarin dini Allah yaradib yoxsa sonradan insanlarin uydurduqlari bir dindir? 2 butun peygemberler muselman olublarmi ve islam dinini yaymaq ucun gelibler yoxsa her bir peygember ayri dine cagiriblar insanlari muselmanlar ancaq Muhemmed s.a.v peygemberin ardinca getmelidiler yoxsa butun peygemberlerin xais edirem etrafli melumat verin ?
Cavab: 

Salam aleykum. 

1) Mövcud olan dinlər iki növdür: Birinci növ: Səmavi dinlər - yəni, sonradan dəyişdirilsə də, bu dinlərin kökü Allah tərəfindən göndərilib və bu dinlərin hamısının Allah tərəfindən göndərilmiş peyğəmbəri və səmavi Kitabı var. Səmavi dinlər bunlardır: 1. İslam; 2. Xristianlıq; 3. Yəhudilik. Bu dinlərin arasında müəyyən etiqadi məsələlərdə (Axirətə iman, mələklərə iman, Qiyamət gününə iman və s.) uyğunluq olsa da ən son olan İslam dinindən başqa əvvəlki iki din (Xristiyanlıq və Yəhudilik) insanlar tərəfindən təhrif olunub (dəyişdirilib). Bu barədə ətraflı oxuyun:

Xristianlar niyə kafirdir? 


İkinci növ: Uydurulmuş dinlərdir. Belə dinlərə bütpərəstlik, atəşpərəstlik, zərdüştlük kimi dinləri misal gətirmək olar. Bu dinlərin əsasını fəlsəfi fikirlər və xurafat təşkil edir. 


2) İslam sözünün mənası "Allaha təslim olmaq" deməkdir. Uca Allah bütün peyğəmbərləri Allaha təslim olmağa, onun dininə tabe olmağa çağırmaq üçün göndərmişdir. Odur ki, bütün peyğəmbərlər öz qövmünü Tək Uca Allaha ibadət etməyə çağırmışdır. Hər bir peyğəmbərin dövründə yaşayan və bu peyğəmbərin çağırışını qəbul edən kəs öz dövrünün müsəlmanı olub. Bu baxımdan adları müxtəlif olsa da bütün dinlərin peyğəmbərləri insanları İslama dəvət etmişdir. Dinlərin şəriət qanunları müxtəlif olsa da etiqadları bir olmuşdur. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu xüsusda belə demişdir: "Peyğəmbərlər ata bir, ana ayrı (yəni əqidələri bir, şəriət qayda-qanunları isə ayrı) övladlardır. Şəriətlərimiz müxtəlif olsa da əqidəmiz birdir" (əl-Buxari, 3442. Muslim, 2365). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: