Dua edərkən örtünmək vacibdirmi?

    22.09.2015
Kimdən: 
Su
Sual: 
Dua oxuyarken namazdaki kimi ortunmek vacibdirmi ve namaz qilmayan sexsin duasi qebul olunarmi?
Cavab: 

Salam aleykum.

  1. Dua edərkən örtünmək vacib deyil. Ancaq kim istəsə Allaha qarşı ədəb baxımından örtünə bilər. Həmçinin oxuyun: Duanın ədəbləri barədə
  2. Namaz qılmaq hər bir həddi büluğa çatmış və ağlı başında olan müsəlmana vacibdir, namaz qılmamaq ən böyük günahlardandır. Duaların qəbul olunması isə Allahın istəyinə bağlıdır, Uca Allah istəsə namaz qılmayanın da duasını qəbul edər. Amma duaların tez qəbul olunmasının səbəblərindən biri də günahlardan çəkinmək və namazlarda dua etməkdir.

Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Namaz qılmayan Cənnətə girə bilərmi?

Paylaş: