Xəstəlik səbəbindən qüsl alarkən başı yumaq əvəzinə məsh etmək olarmı və digər suallar

    03.11.2015
Kimdən: 
xedice
Sual: 
salam.sizden cox cox uzr isteyirem men 4 ildir aileliyem.erim cahil oldugu ucun tez tez cenabetli halda oluram.atkazda ede bilmiremki melekler lenet edecek. her gece qusl aldiqda ses olmasin deye sacimi fenleyede bilmirem basim agriyir (hemdeki 2 azyasli korpem var.onlari yatizdirib gedirem qusl almaga oyanib aglasirlar sonra qaynanamda fitne yaradir meni erimin gozunen salir) xestelenirem.buna gorede men butun bedeninmi yuyurdum sadece basima mesh cekirdim ve bele namazlarimi qilrdim.sonra qonsu gelin dediki duz etmirsen.senin namazin sehih deyil sadece eyilib qalxirsan.mene teyemmumle qil dedi.indi bele etdiym ucun tovbe etmeliyem elece qildigim namazlar sayilmiyib goresen? subh namazini teyemmumle qilsam,zohru qusl alib qilsam olarmi?2.divar eger emusiyalidirsa,kraskalidirsa teyemmum etmek olarmi?3.qaynanam ve erimde narazidi deyene men namazlarimi xelvet qiliram birde menim ureyimde bele bir subhe var sureleri tam duzgun oxuya bilmirem meselen DAD,AYN HERFINI.bele oldugu halda cox qorxuram ki namazlarim zay olar men ne edim?4.menim anamgilnen yoldasim arasinda cox fitne olub deye yoldasim meni onlarla hergun danismaga qoymur.7-10gunen bir o da 2deq danismaga qoyur.o evde olmayanda herden danisiram qeybet etmirem sadece anamgilden hal ehval tuturam bu gunah sayilir?xahis edirem butun suallarimi cavablandirasiniz ALLAH sizlerden razi olsun ve butun gunahlarinizi bagislasin
Cavab: 

Va aleykumus-Sələm.

  • Xeyr, namazlarınız batil deyil. Başınızı yuyanda xəstələnirsinizsə, bədəni yumaq, başa isə məsh çəkmək olar. Sonra isə əlavə olaraq təyəmmüm almaq lazımdır. Boyalı və ya üzərinə kağız vurulmuş divarla təyəmmüm etmək olmaz. Təyəmmüm torpaq, toz və ya daş ilə edilə bilər. Daha ətraflı:
  • Allaha dua edirik ki, sizə kömək olsun və sizin üçün işlərinizi asanlaşdırsın. Namazlarda surələri oxuyarkən qeyd etdiyiniz hərfləri düzgün tələffüz etməməkdən dolayı yaranan narahatçılığınız təbii ki, təqdirə layiq haldır və bu imandan irəli gəlir. Amma siz bacardığınız qədər düzgün tələffüz etməyə çalışın və bacarığınızdan artıq hansısa ayəni, yaxud hərfləri səhv, desəniz inşallah buna görə sizə günah yazılmır və namazınız doğrudur. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər... "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə...". (əl-Bəqərə, 286). "Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16). İmkan olduqca boş vaxtlarınızda Qurani-Kərimi gözəl şəkildə oxumaq üçün təcvid elmini də öyrənməyə çalışın. Həmçinin, oxuyun:
  • Hətta qeybət etməsəniz belə ərinizdən icazəsiz onlarla danışmaq olmaz. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Qadın ərindən icazəsiz olaraq nafilə oruc tuta bilməz. Əgər tutarsa ac və susuz qalmış olar, savab qazanmaz. Ərindən icazəsiz evindən çölə çıxa bilməz. Çıxarsa, göydəki mələklər geri, evinə qayıdana qədər ona lənət edər". (Tabərani).
Paylaş: