Qrip olanda burundan gələn selik dəstəmazı pozurmu?

    21.02.2016
Kimdən: 
ziba(ayten287)
Sual: 
salam eleykum men qrip olanda namazi qilarken burnumda selik gelir ve mende halsizliq olur lakin buna baxmayaraq namazi buraxmiram Allahdan umidimi kesmirem,bes qrip olarsaq namazi qilmaliyiq destmnazda alanda burundan selik gelmesi destnamazi pozur 2 men hicab ortmurem lakin evlendikden sonra ortmek isdiyirem olar? bir de menim dostum mene borc pul verib amma deyib ehtiyac yoxdu qaytarmaga men qaytarmamisam olar gunah deyil ki 3)mektebde hemise pul yigilir ve menim bundan xosum gelmir.,bu haram deyil? hem biz bezen mektebin dehlizine cixiriq lakin sinif rehberimiz bize hirslenir pis soz deyir ki olmaz cole cixmaq bu dogrudur?menim bele olduqda xosum gelmir ne edim?huququmu pozurlar
Cavab: 
Və aleykum Slaam. 
1. Namazı heç bir vəchlə tərk etmək olmaz. Xəstə olan namazı oturaraq və ya uzanaraq qıla bilər. Həmçinin, dəstəmaz ala bilməyən təyəmmüm alıb namaz qıla bilər. Daha ətraflı:
Dəstəmazı pozan amillər
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
2. Bu cavabı oxuyun: Namaz qılıb hicab bağlamamaq haqqında
3. Məktəblər dövlət hesabına olduğuna görə orada müəyyən bir şey üçün pul yığmaq düzgün deyil. Lakin, məcburiyyət qarşısında pul verə bilərsiniz və bu sizə rüşvət vermək günahı kimi sayılmır. Ola bilsin müəllim sizin xeyriniz üçün belə şeyləri qadağan edir, lakin siz hələ bunu bilmirsiniz. Hər halda siz müəllimə tabe olmalısınız. Daha ətraflı:
Qul haqqı barədə
Paylaş: