Allahın adları
Allahın "əl-Lətif" adının mənası
əl-Lətif sözü lütfkar olan, həmçinin xəbərdar olan deməkdir. Allahın əl-Lətif adı Qurani-Kərimdə yeddi dəfə zikr edilir. Uca Allah buyurur:
“O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır” (əl-Ənam, 101-103).
Həmçinin buyurur:
Allahın "əl-Aliyyu" adının mənası
Allahın "ər-Raqib" adının mənası
ər-Raqib sözü nəzarət edən deməkdir. ər-Raqib olan Allah bütün yaratdıqlarına nəzarət edəndir. Allahın ər-Raqib adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Allah (Qiyamət günü) deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"– demişdin?" İsa deyəcək: "Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!
Allahın "əl-Alim" adının mənası
əl-Alim sözü bilən deməkdir. Allahın əl-Alim adı Qurani-Kərimdə yüz əlli yeddi dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır” (əl-Hucurat, 13).
Allahın "əl-Həsib" adının mənası
əl-Həsib sözü hesaba alan, həmçinin kifayət edən, qoruyan deməkdir. əl-Həsib olan Allah Ona təvəkkül edənlərə kifayət edəndir. Allahın əl-Həsib adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir” (ən-Nisə, 86).
Allahın "ər-Rauf" adının mənası
ər-Rauf sözü çox rəhm edən, şəfqətli olan deməkdir. Allahın ər-Rauf adı Qurani-Kərimdə on dəfə zikr edilir. Uca Allah buyurur:
“Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir” (əl-Həcc, 65).
"Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir" (əl-Hədid, 9).
Allahın "əl-Məcid" və "əl-Mubin" adlarının mənası
əl-Məcid sözü şanlı, şərəfli olan deməkdir. əl-Məcid olan Allah bütün təriflərə layiq olandır. O, bəndələrinin yanında şan-şöhrətə sahibdir. Allahın əl-Məcid adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur:
“Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir! Bağışlayan da, Sevən də Odur! Ərşin sahibidir, Şan-şöhrətlidir (əl-Məcid)!” (əl-Buruc, 13-15).
Allahın "ər-Rəbb" adının mənası
ər-Rəbb sözü sahib olan, tərbiyyə edən deməkdir. Allahın ər-Rəbb adı Qurani-Kərimin bir çox ayələrində zikr edilir. Uca Allah buyurur:
“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir” (ən-Nisa, 174-175).
Allahın "əl-Muhit" adının mənası
əl-Muhit sözü əhatə edən, qoruyub saxlayan deməkdir. Allahın əl-Muhit adı Qurani-Kərimdə səkkiz dəfə zikr edilir. Uca Allah buyurur:
“Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir” (ən-Nisa, 126).
“Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir” (Fussilət, 53-54).