Allahın "əş-Şə'fi" adının mənası
əş-Şə’fi sözü şəfa verən deməkdir. Bəndələrinə şəfa verən yalnız Allahdır. Allahın əş-Şə’fi adı Peyğəmbərin hədisində zikr edilir. Aişə rəvayət edir ki, Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - xəstəni ziyarət etdikdə və ya onun yanına xəstə gətirildikdə onun üçün dua edib deyərdi: “Ey insanların Rəbbi, xəstəliyi aradan qaldır, şəfa ver, şəfa verən (əş-Şə’fi) Sənsən! Sənin verdiyin şəfadan başqa şəfa yoxdur. Sənin verdiyin şəfadan sonra heç bir xəstəlik qalmır”. (əl-Buxari, 5675).