Allahın adları

Allahın "əl-Aziz" və "əl-Cəbbar" adlarının mənası

    01.08.2014

Uca Allahın əl-Aziz adı hamıdan izzətli, qüvvətli və hər şeyə qalib gələn deməkdir. Uca Allahın əl-Aziz adı Qurani-Kərimdə doxsan iki dəfə zikr edilir. Allah təala buyurur:
“Həqiqətən, O, Qüdrətlidir (əl-Aziz), Müdrikdir” (əl-Ənfal, 63).   
Həmçinin buyurur: “Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir” (Fatir, 44).
Uca Allahın əl-Cəbbar adı isə ən əzəmətli və ən güclü olan deməkdir. Bu ad Qurani-Kərimdə bir dəfə zikr edilir. Allah təala buyurur:

Allahın "əl-Mumin" və "əl-Muheymin" adlarının mənası

    31.07.2014

əl-Mu`min sözü haqqı təsdiq edən, həmçinin əmin-amanlıq bəxş edən deməkdir. Uca Allahın bu adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Allah təala buyurur:
“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən (əl-Mu`min), hər şeyi müşahidə edən (əl-Muheymin), Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23).
əl-Mumin – bəndələrinə öz əzabından əmin-amanlıq bəxş edəndir. əl-Mumin - möminlərə vəd etdiyi mükafatı və kafirlərə vəd etdiyi əzabı təsdiq edəndir.  

Allahın "əs-Sələm" adının mənası

    23.07.2014

"Salam" sözü salamatlıq deməkdir. Uca Allah buyurur: “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!" - deyərlər” (əl-Furqan, 63).
Hər cür bəlalardan və pisliklərdən salamat olduğuna görə Cənnət “Dərus-Sələm” (Salamatlıq yurdu) adlanır. Həmçinin, Uca Allah doğru yolla gedənlərə salamatlıq bəxş etdiyini bildirərək buyurur: “Doğru yolla gedənlərə salam olsun!” (Taha, 47).

Allahın "əl-Quddus" adının mənası

    22.07.2014

əl-Quddus sözü pak və bərəkətli deməkdir. Məhz bu mənaya görə Qüds şəhərində yerləşən məscid, ora ibadət məqsədi ilə gələn insanların günahlardan pak olmasına səbəb olduğu üçün “Beytul-Məqdis” (pak ev) adlandırılmışdır. Uca Allahın Cəbraili “Ruhul-Qudus” (müqəddəs ruh) adlandırması da onun təmizlikdən xəlq olunmasına görədir. 
Həmçinin, “Ardul-Muqaddəsə” (müqəddəs yer) dedikdə bərəkətli yer nəzərdə tutulur. Uca Allah buyurur:

Pages