məhəmməd

Peyğəmbər ﷺ ilə rahib Bahiranın əhvalatı

    09.01.2024

Rəvayət edilir ki, Peyğəmbər ﷺ hələ kiçik olarkən əmisi Əbu Talib alış-veriş məqsədilə Şama getmək üçün səfər hazırlığını bitirib yola çıxdığı zaman Allah Elçisi ﷺ israrla onu da özü ilə aparmağı xahiş etdi. Əbu Talib də ondan ayrılmaq istəmədiyinə görə dedi: “Allaha and olsun! Mən onu özümlə aparacağam, o məndən ayrılmayacaq”. Beləcə, Əbu Talib onu da özü ilə götürdü. Karvan Şamın Busra şəhərinə yetişdi. Şəhərin bir monastırında Bahira adlı rahib yaşayırdı. Xristianlığı çox dərindən bilən Bahira, rahib olandan bəri daim kilsədə qalırdı.

Dinini qorumaq üçün hicrət edən qadın - Ummu Sələmə

    19.12.2023

Rəvayət edilir ki, Ummu Sələmə (Allah ondan razı olsun) demişdir: “Əbu Sələmə Mədinəyə köçmək qərarına gəlib dəvəsini səfərə hazırladı, məni dəvəyə mindirdi, oğlum Sələməni də qucağımda oturdub Mədinəyə yollandı. Muğira bin Abdullah bin Ömər bin Məxzum tayfasının adamları onu görüb dedilər: “Sən özün köçüb getmək istəyirsənsə, özün bilərsən. Amma düşünmə ki, qohumumuz olan arvadını yad bir ölkəyə aparmağına razı olacağıq”. Ummu Sələmə deyir: “Onlar dəvənin ovsarını Əbu Sələmənin əlindən aldılar, məni isə ərimdən ayırdılar. Bunu eşidən ərimin qohumları – Abdul-əsəd tayfası bərk qəzəbləndi.

Peyğəmbərlərin ﷺ qoyun otarmalarının hikməti

    04.11.2023

Bildiyimiz kimi Muhəmməd Peyğəmbər ﷺ Məkkədə olanda uşaq vaxtı Bəni Səd tayfasının qoyunlarını otarırdı. Peyğəmbər ﷺ bu haqda belə buyurur: “Allahın göndərdiyi peyğəmbərlərin hamısı qoyun otarmışlar”. Səhabələr: “Sən də?”– deyə soruşdular. O dedi: “Bəli, mən bir neçə qirata məkkəlilərin qoyunlarını otarardım”. (əl-Buxari, 2102, 2262). Rəvayət edilir ki, bir gün dəvə sahibləri ilə qoyun sahibləri bir-birinin yanında öyünməyə başladılar. Onda Peyğəmbər ﷺ buyurdu: “Musa qoyun otaran çoban ikən peyğəmbər göndərildi. Habelə, Davud qoyun otaran çoban ikən ona peyğəmbərlik verildi.

Əhli-beytin fəziləti

    23.11.2020

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.

Rəsulullahın dünyaya gəlməsi

    23.04.2020

Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - bazar ertəsi günü rabiul-əvvəl ayında Fil adlanan ildə Məkkədə dünyaya gəlmişdir. Bu, miladi tarixlə 571-ci ilin aprel ayına təsadüf edir. Həmin ildə həbəşistanlı hökmdar Əbrəhə əl-Əşrəm yəmənli tərəfdarları ilə birgə Allahın Evini (Kəbəni) dağıtmağa gəlmişdir. Onlar fillərin üzərində Kəbəyə yaxınlaşmaq istədikdə, Allah onların üstünə dəstə-dəstə ağ rəngli quşlar göndərdi. O quşlardan hər biri caynaqlarında və dimdiyində gətirdiyi daşları onların üstünə yağdırmağa başladı və Uca Allah onları məhv etdi.

Rəsulullahın köksünün yarılması

    16.04.2020

Muhəmməd peyğəmbərin köksünün yarılması iki dəfə baş vermişdir. Birinci dəfə onun köksü kiçik yaşlarında ikən yarılmışdır. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər uşaqlarla oynayarkən Cəbrail onun yanına gəldi, onu tutub yerə yıx­dı və köksünü yarıb qəlbi­ni çıxartdı. Sonra onun içindən qan laxtası çıxart­dı və Pey­ğəm­bərə: “Bu, şeyta­nın səndə olan nəsibidir”– dedi. Onun qəlbi­ni qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qay­tardı. Bunu görən uşaq­lar tələsik onun süd anasının yanına gəlib: “Muhəmməd öldürüldü!”– dedilər.

Rəsulullahın vida həcci

    03.10.2019

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – hicrətin 10-cu ilində, miladi tarixlə 632-ci ildə vəfatına təqribən üç ay qalmış bir dəfə həcc etdi. Buna görə həmin həccə vida həcci, orada verdiyi xutbəyə də vida xutbəsi deyilir. Rəvayət edilir ki, Zeyd ibn Ərqam demişdir: "Peyğəmbər on doqquz döyüşdə iştirak etmişdir. O, Mədinəyə hicrət etdikdən sonra bir dəfə həcc zi­ya­rə­tin­də olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci olmuşdur.” (əl-Buxari, 4404).

Pages