məhəmməd

Qısa və mənalı danışmaq haqqında

    04.11.2015

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Mənə cavamiul-kələm (qısa kəlimələrdən ibarət ancaq geniş mənaları əhatə edən sözlər) verildi" (Müslim). Digər rəvayətdə isə: "Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim". (Səhih əl-Buxari, 2977).
Rəvayət edilir ki, bir kişi qalxıb sözü uzadaraq danışdı. Amr ibn As (Allah ondan razı olsun) dedi: "Əgər bu adam qısa danışsaydı, özü üçün daha xeyirli olardı. Mən Rəsulullahın belə dediyini eşitdim: "Mənə əmr olundu ki, sözü uzatmayım. Çünki (sözü) uzatmamaq daha xeyirlidir". (Əbu Davud).

Peyğəmbərin ibadəti

    26.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər bir ibadəti yerinə yetirdikdə, nə ifrata varar, nə də ki, etdiyi ibadətə laqeyd yanaşar, əksinə, orta yol tutardı. Ənəs ibn Malik demişdir: “Bir dəfə üç nəfər Peyğəmbərin evinə gəlib onun əhli-əyalından Peyğəmbərin ibadəti barəsində soruşdu. Bu haqda onlara xəbər verildikdə, onlar etdikləri ibadətin az olduğunu güman edib belə dedilər: “Yəni biz Peyğəmbər kimi ola bilərikmi? Üstəlik Allah onun bütün keçmiş və gələcək günahlarını bağışlamışdır.”

Peyğəmbərin danışıq tərzi

    26.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim” (Səhih əl-Buxari, 2977).
Burada “yığcam kəlmələr” dedikdə Quran və hədis nəzərdə tutulur. Peyğəmbərimizin hədislərini şərh etmiş İslam alimləri hər hansı bir hədisin bir cümləsindən, hətta bir kəlməsindən neçə-neçə nəticələr çıxarmışlar.
Aişə demişdir: “Rəsulullah sizin kimi tələm-tələsik və qatma-qarışıq danışmazdı. Əksinə, həm aydın, həm də aramla elə danışardı ki, yanında oturanlar onun dediklərini yadda saxlayardılar.”

Peyğəmbərin ən çox sevdiyi paltar

    19.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin, ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən xeyirlisidir.”  
Peyğəmbər bunu deməklə ümmətini ağ rəngdə libas geyinməyə rəğbətləndirər, özü də ağ rəngdə libas geyinərdi. Əbu Zərr demişdir: “Bir dəfə mən Peyğəmbərin yanına gəldim. Onun əynində ağ libas var idi” (Səhih əl-Buxari, 5827).
Digər rənglərə nisbətən ağ geyimdə çirk daha tez gözə çarpır və bu çirki təmizlədikdə libas daha təmiz və daha gözəl görünür. 

Peyğəmbərin saçlarını daraması və ətirlənməsi barədə

    16.05.2015

Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun - saçlarını ya özü darayar, ya da bunu onun üçün zövcələrindən biri edərdi. Saçlarını daramaqda Rəsulullah nə həddi aşar, nə də buna səhlənkar yanaşardı, yəni, nə dəqiqəbaşı saçını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxtdan-vaxta onları darayıb gözəl şəklə salardı. Saçlarına və əyin-başına fikir verməyən kimsələri isə qınayardı.

Peyğəmbərin mirası

    13.04.2015

Rəvayət edilir ki, Amr ibn Haris demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur.” (əl-Buxari, 2739).
Aişə rəvayət edir ki, Rəsulullah demişdir: “Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir.” (əl-Buxari, 3810).

Peyğəmbərin mərhəməti

    27.01.2015

Rəvayət edilir ki, İbn Abbas demişdir: "Qureyşlilər Peyğəmbərin yanına gəlib dedilər: “Rəbbinə dua et ki, Səfanı bizim üçün qızıla döndərsin, biz də sənə iman gətirək”.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “İman edə­cəksinizmi?”
Onlar: “Bəli!”- deyə cavab verdilər.

"əd-Duha" surəsinin izahı

    09.12.2014

Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. And olsun səhərə!
2. And olsun sakitləşən gecəyə!
3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8. Kasıb olduğun zaman səni varlandırmadımı?
9. Elə isə yetimə xor baxma!
10. Səndən kömək diləyəni qovma!

Pages