Səhabələr

İlk müsəlmanların çəkdiyi əziyyətlər

    21.08.2024

Peyğəmbərliyin 4-cü ilinə qədər bütpərəstlər müsəlmanlara qarşı əsasən mübahisələrlə qarşı çıxırdılar, lakin bunun bir fayda vermədiyini gördükdən sonra müsəlmanlara işgəncələr verməyə başladılar. Onlar Allah Elçisinə ﷺ fiziki cəhətdən əziyyət verə bilmirdilər, çünki əmisi Əbu Talib onu müdafiə edirdi. Qureyş müşrikləri Allah Elçisinə ﷺ tabe olmuş və İslamı qəbul etmiş səhabələrə qarşı açıq-aşkar düşmənçilik nümayiş etdirməyə başlamışdılar.

Əbu Zərr əl-Ğifarinin İslamı qəbul etməsi hadisəsi

    01.08.2024

Abdullah ibn Abbas Əbu Zərr əl-Ğifarinin İslamı necə qəbul etməsini onun dili belə rəvayət edir: “Mən Ğifar qəbiləsin­dən idim. İslamın ilk günlərində bizə xəbər gəlib çatdı ki, Məkkədə bir adam pey­da olub, peyğəmbər olduğunu iddia edir. Onda mən qardaşıma dedim: “Get o adamın yanına, onunla danış və mənə ondan bir xəbər gətir!” Qarda­şım Məkkəyə gedib onunla görüşdü, sonra geri qayıtdı. Mən soruşdum: “Nə xəbər gətirmisən?” O dedi: “Vallahi, mən insanlara yaxşı işlər görməyi bu­yuran və onları pis işlərdən çəkindirən birisini gördüm”.

İslamın əvvəlində namaz necə qılınırdı?

    29.06.2024

İlk nazil olan hökmlər namaz qılmağı əmr edirdi. Rəvayət edilir ki, Allah Elçisinə ﷺ namaz ilk dəfə fərz olunanda onun yanına Cəbrail gəldi. Bu zaman Allah Elçisi ﷺ Məkkənin yuxarı hissəsində idi. Cəbrail vadi tərəfdə dayanıb dabanını yerə vurdu, həmin yerdən su çıxdı. Cəbrail dəstəmaz aldı, Allah Elçisi ﷺ isə ona baxırdı ki, görsün namaz üçün necə dəstəmaz almaq lazımdır. Sonra Allah Elçisi də Cəbrail kimi dəstəmaz aldı. Cəbrail onun yanında dayanıb namazı necə qılmağı göstərdi. Allah Elçisi onun göstərdiyi kimi namaz qıldı. Bundan sonra Cəbrail qeyb oldu.

Quranın yazılması və toplanması

    09.07.2019

Peyğəmbərin - sallalləhu aleyhi və səlləm - zamanında yazmağa yox, əzbərləməyə daha çox üstünlük verilirdi. Belə ki, həmin dövrdə insanların hafizəsi olduqca güclü, əzbərləmə qabiliyyətləri isə olduqca sürətli idi. Bu səbəbdən Quran cəm olunmamışdı, çünki hər kəs eşitdiyi ayəni ya əzbərləyir, ya da əlinə keçən xurma ağacının budaqlarına, dərilərin, daşların və ya sümük hissələrinin üzərinə onları yazıb qeyd edirdi. Sayca qarilərin (Quranı hafizəsinə köçürənlərin) sayı da olduqca çox idi.

Mələklərin həya etdiyi səhabə - Osman ibn Affan haqqında

    09.05.2017

Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yaxın dostu və kürəkəni, Uca Allah tərəfindən sağlığında cənnətlə müjdələnmiş on nəfərdən biri, İslamın üçüncü xəlifəsi Osman ibn Əffan təxminən 576-cı ildə Məkkə şəhərində anadan olmuşdur. Peyğəmbərin qızı Ruqayyə ilə evlənmiş, o vəfat etdikdən sonra digər qızı Ummu Gülsümü aldığı üçün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Zin-Nureyn (iki nurun sahibi) ləqəbini vermişdir.

Pages