Cənabət qüslu dəstəmazı əvəz edirmi?
Sual:
Salam
1) Bilmek isderdim cenabet quslu aldiqdan sonra destemazda almaq lazimdir?
2) zikrin sozleri ve nece edilmelidir tesbehle ya barmaqla?
3) Men cafede isleyirem musterilere pive satiram amma teklif etmirem oz istekleri ile getirib verirem isim beledir bu gunahdirmi mene?
4) Ruzu ve Bereket duasini deyerdiz xahis
5)
Cavab:
Va aleykum Salam.
1. Cənabət qüslu aldıqdan sonra dəstəmaz almağa ehtiyac yoxdur, çünki, cənabət qüslu dəstəmazı da əvəz edir.
2. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) sağ əlinin barmaqlarıyla zikr etmişdir. Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərin zikr edərkən sağ əlini (sayaraq) bükdüyünü görmüşəm". (Əbu Dəvud, 1504). Amma bəzi alimlər yaşı ötmüş və yaddaşı korlanmış adamlara təsbehlə zikr etməyə icazə vermişlər. Daha ətraflı:
3. Allaha dua edin ki, sizə daha xeyirli iş yetirsin, çünki bu cür işlərdə işləmək günaha şərik olmaqdır. Uca Allah buyurmuşdur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Məidə, 90-91).
Ayədə "Onlardan uzaq durun" əmri var. Bu səbəbdən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sərxoşedici şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir". (ət-Tirmizi: "əl-Buyu", 59; Əbu Dəvud: "Əşribə", 2). Həmçinin oxuyun: Toyda və ya kafədə ofisiant işləmək barədə

4. Bu cavabları oxuyun: