Bəzi səbəblərə görə qılmadığım namazları mütləq qılmalıyam?
Və aleykum Salam.
1. Şəriətdə bildirilən üzrlü səbəblərə görə buraxılan fərz namazları səbəb aradan qalxdıqda gecikdirilmədən mütləq qılınmalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Muslim, 1103).
Ancaq namazı qəsdən və ya səhlənkarlıq səbəbilə buraxan müsəlman böyük günah etmiş sayılır. Əgər buraxılan namazların üzərindən uzun bir müddət keçməyibsə, təxirə salmadan tövbə etməklə yanaşı qəsdən buraxdığı namazları qılmalıdır. Günahının bağışlanması üçün bir daha belə etməməyə çalışmalı, namazlarına səhlənkar yanaşmamalıdır. Həmçinin oxuyun:
Hansı hallarda namazları qəzaya saxlamaq olar?
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Boynunda çoxlu qəza namazları olan onları qılmalıdırmı?
2. Zöhr namazında fərzdən əvvəl iki-iki, cəmi dörd rükət sünnət, fərzdən sonra da son iki rükət sünnət vardır. Qılınma qaydası isə adi iki rükətli sünnət namazları kimidir. Daha ətraflı:
Fərz və nafilə namazlar hansı formada qılınır?
Nafilə və fərz namazları hansılardır?
Namaz qılmaq qaydası - VİDEO
3. Dini öyrənmək üçün kitablar olduqca çoxdur. İlk növbədə Qurani Kərimin tərcüməsini, sonra isə doğru İslam əqidəsinə dair kitablar oxumaq lazımdır. Daha ətraflı:
Elm öyrənmək üçün nədən başlamaq lazımdır?
Dua ibadətdir
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
Peyğəmbərimizin etdiyi ən xeyirli dua hansıdır?
4. Ağlı başında olan və həddi-büluğa çatan hər bir müsəlman qadının hicab bağlaması vacibdir və dinimizdə bunun üçün nəyisə gözləmək də buyurulmamışdır. Hər bir halda əgər hicab bağlamaq niyyətiniz varsa, artıq xeyirə yönəlməyə başlamısınız. Sadəcə olaraq bu niyyəti həyata keçirməyə çalışın. Bunun üçün Allaha dua edərək toyunuza qədər hicabı sizə sevdirməsini, bunu sizin üçün asanlaşdırmasını və bu yolda qarşılaşacağınız maneələri aradan qaldırmasını istəyin. Həmçinin oxuyun:
Hicab - azadlıqdır!
Hicab bağlamağa hələ hazır deyiləm
Duaların qəbul olması üçün nə etmək lazımdır?