Su ilə təmizlənməyə imkan olmadıqda, nə edim?
Sual:
Salam mən ayaqyoluna gedəndə yuyuna bilmirəm. Gəlib elə heylədə namaz qılıram. Çünki şəraitimiz yoxdur. Suda buz kimidir. Qorxuram ki böyrəyim soyuqlayar gələcəkdə xəstə olaram. Belə olan halda mən neyləyim? Günahdır belə olması? 2 anam mənnən pis davranır mənə təhqir edici sözlər deyir bütün davranışları məni əsəbləşdirir cavab verməsəm ürəyim partdıyır mənim haqqımda haqsız danışır 1 ay dediyi sözlərə dözüm tay dözə bilmirəm cavab verməsəm ürəyim xəstədir ürəyim ağrıyır dediyi sözlər də axlaqsız sözlərdi bəs mən nə edim? 3 həmişə ürəyimdə niyyətim olur ki kaş imkanım məscid olmayan yerlərdə məscid tikdirərdim kasıblara kömək edərdim bu niyyətlərə görə nəsə savab qazanıram?
Cavab:
Və aleykum Salam.
1. Nəcasətdən təmizlənmədən namaz qılmaq olmaz və bu halda qılınan namaz batildir. Əgər sudan istifadə etmək sağlamlığınıza zərər verirsə, kağız, daş və ya təbii bərk olan şeylərdən istifadə etmək olar. Rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) subaşına çıxdıqdan sonra təmizlənmək üçün səhabəsinə üç ədəd daş gətirməyi buyurdu. O, iki daş, birinin yerinə isə eşşək peyini gətirdi. O, daşları götürüb, eşşək peyinini tulladı və dedi: "Bu, murdardır". (əl-Buxari, 1/256/156; ən-Nəsai, 1/39; ət-Tirmizi, 1/13/17; İbn Məcəh, 1/114/314).
Əgər daş və ya digər şeylərlə təmizləndikdə nəcasətdən əsər-əlamət qalsa, bunun paklığa heç bir zərəri olmaz. Daha ətraflı:
Əgər daş və ya digər şeylərlə təmizləndikdə nəcasətdən əsər-əlamət qalsa, bunun paklığa heç bir zərəri olmaz. Daha ətraflı:
2. Valideynin övladı ilə pis davranması günahdır. Abdullah ibn Ömərin rəvayət etdiyi hədisdə Peyğəmbər demişdir: "Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız...". (əl-Buxari, 893). Daha ətraflı:
3. Müsəlman yaxşı əmələ niyyət etməsinə görə savab qazanır. Ömər ibn əl-Xəttab rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: "Həqiqətən bütün əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər...". (Səhih əl-Buxari, 1; Səhih Muslim, 155, 1907).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Şübhəsiz ki Allah, yaxşılıqlarla pislikləri yazmış, sonra da bunları açıqlamışdır. Bu səbəblə hər kim, bir yaxşılıq etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir tam savab yazar. Əgər yaxşılığı etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah öz qatından ona ondan yeddi yüz qatına qədər, hətta qat qat savab yazar. Kim bir pislik etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir savab yazar. Əgər o pisliyi etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah ona yalnız bir günah yazar". (Səhih əl-Buxari, 6010; Səhih Muslim, 187). Həmçinin oxuyun: