Makiyajı silmək üçün vasitələr yoxdursa, dəstəmaz əvəzinə təyəmmüm almaq olarmı?

    30.06.2019
Sual: 
Salam. 1)destemaz aldiqdan sonra el veya basqa uzvu bagiwlayin necise bulaşarsa destemaz pozularmi? 2)destemaz aldiqdan sonra makyaj edib namaz qilina bilermi? 3)Qusul aldiqda bir uzvu yumaq yadan cixsa basdan birde qusulu almalidirmi yoxsa yaddan cixan uzvu yusan behs edermi?4) uzunde makyaj ola ola silmek mumkun olmasa serait olmasa teyemmun almaq olarmi makyajla?
Cavab: 

Və aleykum Salam.

1. Əlin və ya bədən üzvlərindən istənilən bir əzanın nəcisə dəyməsi və ya bulaşması dəstəmazı batil etmir, amma namazdan qabaq həmin yer yuyulmalıdır. Daha ətraflı: Dəstəmazı pozan amillər

2. Bəli, dəstəmaz aldıqdan sonra makiyajlı halda namaz qılmaq olar. Bunun qadağan olunması ilə bağlı şəriətdə heç bir məlumat verilmir. Həmçinin oxuyun: Namaz qılarkən üzdə makiyaj ola bilərmi?

3. Qüsl aldıqda bədənin hansısa yerini yumaq yaddan çıxıbsa, yenidən bütün bədəni yumağa ehtiyac yoxdur. Unutqanlıq səbəbilə su dəyməyən hissəni yumanız kifayət edir. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

4. Əvvəlcə qeyd edək ki, qadın yalnız başqa qadınların yanında, həmçinin məhrəm olan kişilərin yanında makiyaj istifadə edə bilər. Naməhrəm kişilər olan yerdə isə makiyaj vurmaq zinətini göstərmək sayılır və haramdır. Makiyaj üzdə təbəqə yaradaraq suyun dəriyə çatmasına mane olursa, dəstəmaz almazdan əvvəl silinməlidir. Bir yerə getdikdə orada namaz vaxtı çatacağını bilirsinizsə, buna uyğun tədbir almalı, makiyajı silmək üçün vasitələri də götürməlisiniz, çünki üzdə makiyajın olması təyəmmüm almaq üçün üzrlü səbəblərdən deyil. Təyəmmüm yalnız su olmadıqda və ya xəstələnmək təhlükəsi olduqda almağa icazə verilir. Həmçinin oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Təyəmmüm necə alınır?

Paylaş: