Aylıq gəlirdən zəkat çıxarmaq lazımdırmı?

    18.11.2020
Sual: 
1.salam mən bu gün rayona getməliyəm bəziləri deyir ki, iftarı aç sonra get subhə qədər yetiş, bəziləri də deyir ki gunorta azanı veriləndən sonra get iftara kimi yetiş 2.bəlğəmimi udmuşam bu orucu pozurmu bilərəkdən ya bilməyərəkdən fərqi yoxdu? 3. 600 manat maaş alıram. 150 azn kirayə verirəm. bacım tələbədi onun da kirayə pulunu verirəm və xərcliyini mənə nəqədər zəkat pulu düşür? 4.yuxuda pis birşey görəndə tasatlıq yəni nəzir çıxartmaq və ya sədəqə adıyla qəpik çıxartıb dilənçiyə vermək Allaha şərt qoşmaq sayılırmı? 5.dilənçiyə yaxud fəqirə pul verəndə Allahım bunu sənin yolunda verdim demək sənin yolunda sədəqə verdim demək xeyirlidir?
Cavab: 

Aleykum salam.
1) Oruc tutmuş insan günün istənilən vaxtında səfər edə bilər. Həmçinin çətinlik olarsa səfərdə orucunu aça da bilər. Lakin əgər çətinlik yoxdursa orucunu davam etdirməsi daha yaxşıdır. Həmçinin oxuyun:
Səfərdə tutulan oruc düzgün sayılırmı?
Oruclu halda səfərə çıxmaq orucu pozurmu?

2) Bəlğəmi udmaq orucu pozmur. Daha ətraflı:
Bəlğəmi udmaq orucu pozurmu?
Orucu pozan amillər hansılardır?

3) Aylıq gəlirə zəkat düşmür. Zəkat müəyyən şərtlər daxilində yığılan pula, ticarət üçün nəzərdə tutulmuş mala, dövriyyədə olan pula düşür. Daha ətraflı: ZƏKAT

4) Ümumiyyətlə sədəqə bəlaların dəf edilməsi, xəstəliklərdən şəfa tapmaq üçün bir səbəbdir. Həmçinin sədəqə Allahın qəzəbini söndürən bir ibadətdir. Xoşagəlməyən yuxu görən bunları etməlidir: sol tərəfinə üç dəfə  tüpürməli və həmin yuxunun və şeytanın şərrindən Uca Allaha sığınmalıdır. O, bu yuxunu heç kəsə danışmamalıdır. Belə edərsə, bu yuxu ona zərər verə bilməz. Bu haqda bir çox səhih hədislər vardır. Rəvayət edilir ki, Əbu Sələmə (Allah ondan razı olsun) belə demişdir: "Mən bir yuxu görmüşdüm və onun üzündən xəstələndim. Nəhayət Əbu Qatədənin (Allah ondan razı olsun) belə dediyini eşitdim: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (Səhih əl-Buxari, 6985). Daha ətraflı: Yuxu haqqında

5) Sədəqə verərkən və ya Allah üçün hər hansı bir əməli edərkən onu dilə gətirməyə ehtiyac yoxdur. Uca Allah qəlblərdə olanları və niyyətləri bilir. Əksinə, ibadətlərdə niyyəti dilə gətirmək bidət (dində yenilik) əməldir. Daha ətraflı:
Sədəqə haqqında
Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?
Əməllər niyyətlərə bağlıdır

Teqlər: 
Paylaş: