Qadının saçının uzun olması onu qəbir əzabından qoruyurmu?

    30.12.2021
Sual: 
Salam aleykum.bir neçe sualım olacaq.1)Qadının uzun saçı olması onu qebr ezabından qoruyurmu?2)15 gün heyz gören qadın namazını nece qılmalıdır?3)sübh namazını qılandan sonra yatmaq günahdır?4)axşam zikrleri ne vaxt deyilir?5)3ve 5 ruket qılınan vitr namazı nece qılınır?6)eger işa namazı saat 9 da girirse onun çıxma vaxtı ne vaxt olur?yeni saat neçiye kimi qıla bilerik?
Cavab: 

Va aleykum salam. 

1) Qəbir əzabından qorunmaq üçün hansı əməlləri etmək lazım olduğu yalnız şəri dəlillər əsasında bilinir. Dinimiz bir çox əməllərin insanı qəbir əzabından qorumasına səbəb olduğunu bildirmişdir, lakin uzun saç saxlamaq bura daxil deyil. Həmçinin oxuyun:

Qəbir əzabı haqqında

Möminin və kafirin ölümü

Qəbir əzabından necə qorunmaq olar?


2) Heyzin ən uzun müddəti 15 gündür. Bu müddət ərzində qadın namazlarını saxlayır, heyz bitdikdən sonra qüsl edib namazlarına başlayır. Həmçinin oxuyun:  Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?


3) Sübh namazını qıldıqdan sonra yatmaq günah deyil. Sadəcə bu vaxt bərəkətli olduğuna görə bu vaxtda faydalı işlə və ya elmlə məşğul olmaq bəyəniləndir. Həmçinin oxuyun: Sübh namazından sonra yatmaq olarmı?


4) Axşam zikrlərini Əsr namazından sonra başlayaraq Məğrib namazınadək demək olar. Həmçinin oxuyun: Səhər və axşam zikrləri

5) Vitr namazının ən fəzilətli qılınma qaydası iki-iki qılıb, sonda bir rükət tək qılmaqdır. Lakin 3 və 5 rükətli vitr namazlarını sonda bir təşəhhüd deməklə birlikdə qılmaq da icazəlidir. 

6) İşa namazının vaxtı gecə yarısına kimidir. Hər gün üçün gecə yarısı vaxtına saytımızın ana səhifəsində baxa bilərsiniz. Bu barədə ətraflı oxuyun: İşa namazının vaxtı nə zaman çıxır? Gecikdirmək, yoxsa vaxtı girən kimi qılmaq daha savabdır?
Paylaş: