Vitr namazı gecə namazı sayılırmı?
Sual:
Əssəlamu Aleykum və Rəhmətullah. Gecə namazini tək vitr namazi qilmaq olarmi? yəni bu gece namazi sayilirmi? yoxsa mutleq 2 2 qilmaq lazimdir? Namazin vaxti girmemis destamaz aliram ama bezen əzan oxunandan sonra yəni namazin vaxti girendən sonra aliram ve mende ele hiss yaranir ki artiq fəzilətli vaxtindan kecmisəm nese narahatam . Men her namazda ixlas surəsini oxuyuram ve bu sure cox xosuma gelir ayelerin menasinida tam qelbən hiss edirəm ve namazi rahat qiliram bunda gunah yoxdurki? Hamileliyə gore sidiyi saxlaya bilmeyen insanin bedenine sidiy deyerse bu qəbir əzabina aparirmi? Yoldasim ucun dua edirəm cunki o namaz qilmir belke bu menim ucun imtahan ola bilermi?
Cavab:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.
1) Gecə namazı gecə qılınan nafilə namazına deyilir. Gecə qılınan vitr namazı da gecə namazı sayılır. Həmçinin oxuyun:
2) Dəsətəmazı namazın vaxtı girməzdən əvvəl almaq şərt deyil. Namazın vaxtı girdikdən sonra da almaq olar. Əsas olan namazı fəzilətli vaxtında, yəni ilk saatda qılmaqdır. Həmçinin oxuyun:
3) Hər rükətdə "əl-İxlas" surəsini oxumaqda bir qəbahət yoxdur. Ətraflı oxuyun: