Dəstəmazın tez-tez pozulmasına görə namazı tərk etmək və digər suallar

    21.08.2014
Sual: 
Salam men 7 ay namaz qildim.Bu il bawlamiwdim.Lakin son zamanlar nese hevessizlewmeye bawladim.Hemde bagirsagimda problemim var idi deye tez tez destemazim pozulurdu mende esebilewirdim.3Defe bele gedib destemaz aldigim gunler olurdu.Ama yenede namaz yarim yamalaq qalirdi.Bele weyler olduqca mende esebilewmeye bawladim.Hemde cox qezam yigildi.Qezalarimin hansi birinden bawlayacagimi bilmez hala qaldim.Ozude qeza namazlarimi yazirdim.O gunlerde goturdum attim o vereqleride.Ondan bir bew gun qabaqda namazi atdim.Cunki hemde indi yaydir hicab baglayib ortunub namaz qilanda cox isti olur kondisioner olsa bele... Neyse sozum odur ki, men indi namaza yeniden qayitmaq isteyirem.Amma meni duwunduren meqamlar var.Bu il menim sonuncu ilimdi uniye hazirlawiram.Deyiremki vaxtim catmayacaq yene atacam.Ona gore qerarsizam.Hemde bir wey deyim men sizden soruwdumki peygemberler nece namaz qiliblar siz ise cavabinda onlarin nece namaz qildiqlari bize melum deyil.Bes onlar namaz qilmaya qilmaya nece cennete duwubler?Bir sualda vermiwdimki bu qeder ecnebiler namaz filan qilmirlar onlarin aqibeti nece olacaq?Siz ise cavabinda onlarin emellerine baxilacaq ve mukafat verilecek dediniz?Onda burdan bele cixirki bizim qildigimiz namazlarin bir deyeri yoxduki?Onlarin otura otura bow iwlerle mewgul ola ola ora gedirse biz niyede getmeyek?
Cavab: 
Aleykum salam. Bu cavabları oxuyun:
Namazı xəstəlik səbəbindən tərk etdiyim üçün günah qazanırammı?
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun? 
Universitetə hazırlaşarkən namaz qılmaqla bağlı: Yalnız Ramazanda ayında namaz qılmaq doğrudurmu?

Peyğəmbərlər (Allahın onlara salamı olsun) hamısı namaz qılıblar. Bununla bağlı Qurani Kərimdə çoxlu ayələr var. Namaz qılmayanın Cənnətə girməsi haqqında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə demişdir: "Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar". (İbn Məcəh; Malik; Əhməd; Əbu Dəvud).
Uca Allah buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar". (ən-Nisə, 48).
Həmçinin oxuyun: Namaz qılmasam, Cənnətə girə bilərəm?
Əcnəbilər haqqında isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, bu ümmət­dən hər han­sı bir yəhudi və ya xristian mənim barəmdə eşidib, sonra da mənimlə göndə­ri­lənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəm əhlindən olar". (Muslim).
Bu hədis, Məhəmməd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) göndərilməsi ilə əvvəlki şəriətlərin hamısının ləğv edilməsinə dəlalət edir. Uca Allah buyurur: "Həqiqətən, Allah yanın­da qə­bul olunan din, İslam­dır!" (Ali İmran, 19). 
"Hər kim İslamdan başqa bir dinin dalınca gedərsə, o din heç vaxt ondan qə­bul olunmaz və o kimsə Axirətdə zi­ya­na uğrayanlardan olar". (Ali İmran, 85).

 

Paylaş: