Məhərrəm adını qoymaq olarmı və digər suallar...

    25.04.2016
Sual: 
Salam.1Məhərrəm adını qoymaq olar?2Namaz qılan vaxt məni və yaxud məzi gələrsə qıldığım namaz sayılır?3Köpək dişli və caynaqlı heyvanlar hansılardır?4Günahsız insan varmı?5Ayı oyuncağını evdə saxlamaq olar?6İncəsənət və idmanla məşğul olmaq olarmı?7Hürufilik etiqadı düzgündürmü?8Allahı sevmək lazımdı yoxsa qorxmaq?9Axirətdə hesabı qiyamət günü verəcəyik?10Həmrəylik gününü qeyd etmək olar?11Hamamda Allahın adını çəkmək olar?12Allahdan başqasına and içmək olar?Məsələn qurana imamlara peyğəmbərə.13Ya Allah demək olar?14Əsir olanda özünü öldürmək günahdır?15Ölüm hökmü icazəlidirmi?16Toyda xristian adət ənənələri hansılardır?17İnsanlar sui istifadə etdikdə nə etməliyəm səbrmi etməliyəm.Sağ olun.
Cavab: 

Və aleykum Salam.
1. Məhərrəm - haram olan deməkdir. Belə adları insanlara qoymaq bəyənilmir.
2. Namaz qılan vaxt məni gələrsə, namaz, dəstəmaz və qüsl pozulur. Məzi gələndə isə namaz və dəstəmaz pozulur. Məzi dəyən yeri və paltarın məzi dəyən hissəsini yuyub yenidən dəstəmaz almaq lazımdır. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar 
3. Məsələn, şir, ayı, canavar və s. köpək dişli sayılır. Qartal, bayquş və s. caynaqlı heyvanlardan sayılır.
4. Günahsız yalnız peyğəmbərlər olub. Qalan bütün insanlar günah edəndir.
5. Ümumiyyətlə sifət cizgisi olan oyuncaqları evdə saxlasanız da üstü örtülü terdə saxlamaq lazımdır.
6. İncəsənət və idmanla harama girməmək şərtilə məşğul olmaq olar.
7. Hürufilik batil sufi etiqadlarındandır.
8. Allahı həm sevmək lazımdır, həm də Allahdan qorxmaq.
9. Bu cavabları oxuyun:
İnsan öləndən dərhal sonra Cənnətə və ya Cəhənnəmə düşür?
Axirətə inanmayanları dəlillər əsasında necə inandırmaq olar?
10. Həmrəylik günü dini bayram deyil və onu dini bayram kimi qeyd etmək olmaz. Bu bayram ancaq Azərbaycan millətinin bayramıdır.
11. Bu cavabları oxuyun: 
Ayaqyolunda Allahın adlarını çəkmək olar?
Hamam və ayaqyolu bir yerdə olarsa, orada dəstəmaz almaq olarmı?
12. Bu cavabı oxuyun: İmamlara and içmək düzgündürmü? 
13. "Ya Allah" deməkdə problem yoxdur. Əsas Allahdan qeyrisini çağırmayasan, çünki bu ən böyük günah sayılan şirk sayılır. Həmçinin, oxuyun: Şirk nədir?
14. Heç bir halda özünü öldürmək olmaz. Daha ətraflı: İntihar haqqında
15. İslamda bəzi günahların cəzası ölümdür. Lakin bu yalnız şəriət ölkəsində məhkəmə tərəfindən icra edilir.
16. Bu cavabları oxuyun:
İslamda nikah və toyun qaydaları necədir?
Müsəlman toyu necə olmalıdır?

17. İnsanların sizdən sui istifadə etməməsi üçün ayıq olmaq lazımdır.

Teqlər: 
Paylaş: