Namaz, oruc, göz zinası və digər mövzularda suallar...

    21.05.2016
Sual: 
Salam.Sizə bəzi suallarım var.Cavablandırsanız şad olaram.1)Evli qadının yoldaşı icazə verməsə o namaz qıla bilməzmi?2) Üzr istəyirəm qadınlar heyz zamanı salavat verə və bəzi duaları oxuya bilərmi? 3) Namazın sonunda yəni bitirdikdən sonra səcdədə Ayetel kürsünü oxuya bilərmi? 4) Namazda təsbehdən istifadə qaydası necədir? Və təsbeh lə niyyət edirlər eşitdiyimə görə bu düzgündürmü? 5) Gözləri zinadan qorumaq üçün nə etmək lazımdır? Bunun üçün bir dua varmı?6) elmlə məşğul olan insanla olmayanın namazı arasında fərqlər varmı? Varsa bu fərqləri zəhmət olmazsa deyin.7) Orucluq ayından başqa yəni adi günlərdə neçənci günlər oruc tutmaq məsləhətdir? Öncədən Təşəkkür edirəm.
Cavab: 
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Ərim və qaynanam namaz qılmağa qoymurlar... 
2. Bu cavabı oxuyun: Qadın heyz halında nələri edə bilməz?
3. Namazı bitirdikdən sonra səcdə etmək, həmçinin səcdə edib dua etmək bidətdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) namazı bitirdikdən sonra zikrlər və müəyyən surələri oxuyardı, amma belə etməzdi. Dua etmək istəsəniz, namazın içindəki səcdələrdə dua edin, bu, duanın ən çox qəbul olunduğu məqamlardan biridir. Daha ətraflı:
4. Namazdan sonra zikrləri barmaq buğumları ilə etmək lazımdır. Daha ətraflı:
Namazdan sonra təsbeh çəkmək olar?
Zikr sağ əlin hansı barmaqları ilə edilir?
5. Bu cavabı oxuyun: Göz zinasından əl çəkə bilmirəm nə edim?
6. Elmsiz müsəlman elmsizliyi ucbatından bir çox xətalara düşə bilər. Elmli müsəlman isə belə deyil. Ona görə də elmli müsəlmanla elmsiz müsəlmanın ibadətində fərq vardır. Bu fərqi isə elm öyrənib, ona əməl etməklə olar. Həmçinin, oxuyun:
Elm öyrənmək haqqında
Paylaş: