dua

Gün ərzində yüz dəfə deyilən zikrləri nə zaman demək lazımdır?

    06.05.2025
Sual: 
Əssələmu Aləykum.zikirler varki hansi ki onlar 100 defe seher axşam deyilməlidir bele zikirleri əsr namazindan sonra məğrib namazina yaxin etmemki feziletlidi yoxsa zöhrdən sonra boş vaxt olanda elemekmi yeni hemin savaba çatmaq ucun.
Cavab: 

Və aleykum Salam.

1) Gün ərzində yüz dəfə deyilən zikrləri Sübh namazından sonra Məğrib namazına qədər günün istənilən vaxtında demək olar. Lakin bu qəbil zikrləri günün əvvəlində Zöhr namazına qədər demək daha fəzilətlidir. Həmçinin oxuyun:

Asqırarkən "Əlhəmdulilləh" kəlməsini necə demək düzgündür?

    19.04.2025
Sual: 
Əssələmu Aleykum. Asqırarkən Əlhəmdulilləh kəliməsini fısıldayaraq və ya eşidilməyəcək şəkildə demək düzgündür?
Cavab: 

Və aleykum Salam. İnsan asqırdıqdan sonra "əlhəmdulilləh" (Allaha həmd olsun) cümləsini özü eşidəcək şəkildə yavaş deyə bilər. Əgər cümə günü xütbəyə qulaq asarkən asqırarsa, eşidilməyəcək şəkildə Allaha həmd etməlidir. Həmçinin oxuyun:

Özümə ruqyə edə bilərəmmi?

    18.04.2025
Sual: 
Salam aleykum. Men özümde texmini 2 ildir ki depresiya halları, quran oxumağa hevessizlik, ibadetlere hevessizlik hiss edirem. Bunun günahlardan ola bileceyini düşünürem. (Amma haramlardan çekinirem) Amma yenede özümü ruqye etmek isteyirem. İnanmıram içimde cin ola, hiss etmirem. Amma yoxlamaq isteyirem. Nece yoxlaya bilerem?
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Duamın qəbul olması üçün nə edə bilərəm?

    16.04.2025
Sual: 
Əs salamı əleykum və rehmətullahi və bərəkatuh.Allah sizlerden razı olsun mən sizə bir sulam verəcəm .Mən dua edirəm bir duam var onun qəbul olmasının istədiyirem .Duanin səbəb qaydaları ilə de edib Qibləyə tərəf yönəlib dua edim .Azan və iqamə arasında dua .oruc açarkən və tutarkən dua edim .fərz nafilə namazlarin sonunda da səcdə de dua edim 3 de 1 de dua edim teccehdu namazında da dua edim Allahın adları. İle de dua edim bəzi dualar ilə de edim . Amma o duam qəbul olmuyub hele de .dua da edirəm haramlardan da cəkinmisəm.amma o duam qəbul olmur niyə sizcə mən nə edə bilərəm başqa .
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun:

Duaların qəbul olması üçün nə etmək lazımdır?

Günahkar insanın duası qəbul ola bilərmi?

    08.04.2025
Sual: 
Məni narahat edən bir mövzu var. Mən günahkar müsəlman olsamda axır vaxtlar dualarım tez qebul olur təbiki artıq peşmanam və daha çox diqqət edirəm ancaq yenədə bilmək istərdimki bu normaldır? İnsan günah etsede duasının tez qebul olmağı.
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, günahsız insan yoxdur. Bütün insanlar günah edirlər. Günah edənlərin ən xeyirlisi tövbə edənlərdir. Uca Allah sıxıntıya düşən qullarının dualarını qəbul edəndir.

Allah kəlməsinin yanında "Cəllə Cələluhu" sözünü qısa olaraq "cc" yazmaq olarmı?

    07.04.2025
Sual: 
As Salam Aleykum Allah cc yazmaq caizdir? Ve delili lazım Bir çoxu bunla bağlı spor edirler amma bir çox alimlerin elm adamların videolarına baxıram çoxuda Allah cc yazır açıq şekilde yazmır. Mehruhdu? Zehmet olmasa delil
Cavab: 

Və aleykum Salam. Allah kəlməsinin yanında "Cəllə Cələluhu" (Cəlal və İzzət sahibi) ifadəsini yalnız baş hərfləri ilə qısaldılmış şəkildə yazmaq bəyənilmir.

Övladım və ailəm üçün etdiyim duaları Allah eşidirmi?

    31.03.2025
Sual: 
Salam. Men öz ovladim ucun dualar edirəm. Narahat oluram. Herden ureyim narahat olur. İçimde narahatciliq yaranir.ele bilirem Övladim pisdi. Yada nese olub. Sonra danişuram bilirem necedi. Herden narahatciliq düz çixir Heqietende ovladim yaxsi olmur. Herden de yaxsi olur. Narahatciliqim sehv çixir. Sanki boşuna narahat olmusam.Butun gunu ureyimde ancaq dualar edirem. Butun valideyinler kimi övladimin xosbext rahat saqliqli olmasini isteyirem Yoldaşimlada ele işde oldugu vaxtlari narahat oluram. Necedi neyr yaxsidirmi? Ramazan ayinda yada her gun etdiyim dualar onlara komek olurmu.
Cavab: 

Və aleykum Salam. Uca Allah valideynin öz övladı üçün etdiyi səmimi duaları, şübhəsiz, qəbul edir.

Pages