dua

İnsan Quran ayələrini dinləməklə özü-özünə ruqyə edə bilərmi?

    03.10.2021
Sual: 
Salam Allah sizden razı olsun .burdan çox şey oyrendim .bir sualım var zehmet olmazsa cavabliyardiz .men özüm ruqye etmek isdierem özüme .özüm ede bilerem oxuyaraq yox meselen internetden dinliyerek
Cavab: 

Va aleykum salam. İnsan Quran ayələrini həm dinləməklə, həm özü-özünə səsli şəkildə oxumaqla, həm də suya oxuyub içməklə ruqyə edə bilər. Ətraflı oxuyun: Ruqyə necə oxunur?

Paxıl və bədnəzər insandan özünü necə qorumaq olar?

    29.07.2021
Sual: 
Salam 4sualim olacaqdi 1ci paxil bed nezer eden ve maraq dairesi geniş olan insandan özümü ve ailemi nece qoruya bilerem.2ci falçı sənin talehin haqqinda doğrumu danışır yeni Gelecekde aile quracağın sexsi bile biler.3cu atami itirenden icimde sevdiklerimi itirmek qorxusu yaranib ve mene psixoloji cəhətdən tesir edir.4cu insan bed nezerden goz,deymeden,nefsden caduda dünyasını deyise bilermi??
Cavab: 
Va aleykum Salam.

Müharibədə iştirak edən adam üçün hansı dualar edilir?

    18.06.2021
Sual: 
Salam. Sizden çox xahiş edirem mene kömek edin. Yoldaşım müharibededir. Men ona hansı duaları oxuyum ki Allah onu bütün xeta ve beladan qorusun? Nolar mene dua adı deyin. Ya da bir yol gösterin
Cavab: 

Va aleykum Salam. Allah bütün əsgərlərimizi qorusun! Xüsusi bir dua olmasa da, siz istədiyiniz şəkildə dua edə bilərsiniz. Sadəcə duaların daha tez qəbul olan məqamları var ki, bunu da aşağıdakı linklərdən oxuya bilərsiniz. Daha ətraflı:

Əsgər gedənin sağ-salamat qayıtması üçün hansı dua edilir?

    18.06.2021
Sual: 
Salam .Menim sevgilim 1 aydı əsgərliye gedib hansı duanı edibki tez sağ salamat evə qayıtsın??
Cavab: 

Aleykum salam. Konkret olaraq bunun üçün sünnədə dua bildirilməsə də, öz sözlərinizlə Allaha dua edə və duaların qəbul olunması üçün yollardan istifadə edə bilərsiniz. Daha ətraflı bu cavabları oxuyun:

Allah yolunda şəhid olanlara "Allah rəhmət eləsin!" demək olarmı?

    18.06.2021
Sual: 
Salam Aleykum. Şehide Allah rehmet elesin demek olar?Yeni onlar Allah in özel bir qatina cixirlar.Buna baxmarayaq demek onlar. İndiden Teşekkürler
Cavab: 
Va aleykum Salam. Ölən hər bir müsəlman üçün, həmçinin şəhidlər üçün Allahdan rəhmət diləmək və yaxınlarına başsağlığı vermək icazəlidir. Bu, duadır və onu deməkdə heç bir qadağa yoxdur. Həmçinin, başına müsibət gələn müsəlmana təsəlli vermək savabdır.

Sevmədiyim oğlanla nişanlıyam, sevdiyimə qovuşmaq üçün dua etməyim doğrudurmu?

    21.05.2021
Sual: 
Salam men nisanliyam sevmediyim biriyle nisanlandim aileme gore mecbur ama basqa sevidiyim variydi bir birimizi cox sevirdik indide sevirik belkede gunahdi elaqemiz helede var Allaha dua edrem her gun her gece bizi qovusdursun sizde bu etdiyim dogrudurmu?Allah qqovusdurarmi bizi?.
Cavab: 

Aleykum salam. Qeyd edək ki, naməhrəmlə görüşmək və ya danışmaq günahdır və buna görə tövbə etmək lazımdır. Daha ətraflı: Sevgililərin kəbinsiz görüşməsi günahdırmı?

"Lə iləhə illə əntə subhənəkə inni kuntu minəz-zalimin" duası nə vaxt deyilir?

    21.05.2021
Sual: 
Salamun Aleykum. La ilaaha illa anta subhaan’aka inni kuntu mina’dhaali’meen Bu zikri ancaq secdece etmek lazimdir? Yoxsa normal vaxtda da etmek olar? Ve neçe defe?
Cavab: 

Və aleykum Salam. Bu duanı Yunus peyğəmbər balinanın qarnında olarkən oxuyub və Allahın izni ilə oradan xilas olmuşdur. Uca Allah buyurur: "Lə iləhə illə əntə subhanəkə inni kuntu minəzzalimin - Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur.

Pages