dua

Qəbir üstündə hansı duanı oxumaq lazımdır?

    26.07.2023
Sual: 
Salam aleykum. qebir ustunde hansı duaları ede bilerik? Hezreti peygemberin ölülerin ruhuna oxuduğu dualar hansılardır.
Cavab: 

Va aleykum Salam. Qəbirləri ziyarət etdikdə ümumən dünyadan köçənlər üçün dua edilir. Həmçinin Uca Allahdan ölən insanın qəbir əzabından qorunmasını və günahlarının bağışlanmasını diləmək olar. Həmçinin cənazə namazında ölü üçün edilən duaları demək olar. Ətraflı bu cavabları oxuyun:

İstixarə etmək günahdır?

    13.07.2023
Sual: 
istixare etmek gunahdir
Cavab: 

Əssələmu aleykum. İstixarə sözünün mənası - Allaha dua edərək bir işdə dünya və axirətdə ona xeyirli olanı nəsib etməyi diləməkdir. İstixarə edərkən namaz qılınır və namazda Allaha dua edilir. Bundan başqa mənalarda ixtixarə etmək düzgün deyil. Ətraflı oxuyun:

Sevib ayrıldığım insanın mənə geri qayıtması üçün dua etmək olarmı?

    09.01.2023
Sual: 
Salam sevgili olub ayrildiqdan sonra onu helede sevmek ve onun geri donmesi ucun dualar oxumaq duzgundur? Yeni Allahin rizasi olub olmadigni bilmirem ama dualar oxumaq olar?
Cavab: 

Va aleykum Salam. Siz Allahdan dünya və axirətinz üçün xeyirli olanı diləyin. Çünki qeybi bilən yalnız Allahdır.

Pages