Bir iş alınmadıqda yenə cəhd etmək, yoxsa "qismət deyil" deyərək çəkilmək lazımdır?
Sual:
Salam.Biraz qəribə sual ola bilər. Mən müəllimlərin işə qəbulu imtahanına hazırlaşıram. 2 ildir universiteti bitirmişəm ibtidai sinif müəllimliyi üzrə. keçən il 48 yığdım . Bu il 53 və daimi işə qəbul ola bilmədim yalnız müqavilə. Sualım budur ki mənim yaxınlarım demək qismətin deyil boşver hazırlaşma kimi ifadələr söyləyirlər.Yəqin qismətində taleyində bu iş yoxdur deyirlər. ALLAHın acığına gedərmi qəbul olmadıqca yenə yenə çabalamağım? yəni qismət deyil deyib hazırlaşmayım mı ?
Cavab:
Va aleykum Salam. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə etsəydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi".