dua

İşlərin asanlaşması üçün hansı duaları etmək lazımdır?

    28.04.2021
Sual: 
Salam.Bizim hec bir isimiz duz getmir sanki dasdan cıxır bilmirik niye.hansi duaları oxusaq yaxsidi
Cavab: 

Va aleykum Salam. Dua etmək dünya və Axirətdə xoşbəxtliyə nail olmaq üçün əsas səbəblərdən biridir. Yaxşı olar ki, Quran və hədislərdə varid olan duaları edəsiniz, çünki bu duaların mənaları bütün dünya və Axirət nemətlərini istəməyi, hər cür şərdən sığınmağı özündə əhatə etmişdir.

Gözdəymədən qorxaraq işdə irəli getməkdən çəkinmək doğrudurmu?

    27.04.2021
Sual: 
Göz deyme nefsden bednezerden insan dünyasını deyise biler? Salam son zamanlar ireli getmek istedikce cekinirem ve bize yaxin bir qohum var onun nefsden qorxuram ele bilirem bir balaca ireli getsem mene nezer eder ve mene nese olar bu düşünceler yalnişdir??
Cavab: 
Va aleykum salam. Gözdəymədən qorxaraq sizə fayda verəcək əməlləri tərk etmək düzgün düşüncə deyil. Belə fikirləşmək vəsvəsədən irəli gəlir. İnsan gərək Uca Allaha təvəkkül edib həm dünya, həm də Axirət işlərində irəliyə getməyə can atsın.

Cadu əleyhinə hansı duaları oxumaq olar?

    27.04.2021
Sual: 
Salam aleykum haci qardasim nisani qaytarib qiZin anasi qaytalarinan paltari hamsi kesp goturub cadu edibmi? caduyu gore ne oxuyum edim?
Cavab: 

Va aleykum Salam. Ola bilsin qız tərəf bunu sadəcə qəzəbləndiyi üçün edib ki, gələcəkdə istifadə etmək olmasın. Hər bir halda siz, cadudan qorunmaq üçün şəriətin buyurduğu düzgün səbəblərdən istifadə edin.

Allahın adlarını sadalamaqla zikr etmək olarmı?

    06.04.2021
Sual: 
Salam. Allahın adlarını zikr etsək məsəl üçün əl alim adını zikr etsək günah etmiş oluruq? Cavabladirdiğinz üçün sağolun
Cavab: 
Va aleykum Salam. Zikr bir ibadət növüdür və onu şəriətin buyurduğu qaydada etmək lazımdır. İbadətin Allah qatında qəbul olunmasının şərtlərindən biri də bu ibadəti Allah Elçisinin bəyan etdiyi qaydada yerinə yetirməkdir. Dinimizdə Uca Allahın adlarını sadalamaq kimi bir zikr yoxdur.

Allaha ümidsiz halda dua etmək olarmı?

    06.04.2021
Sual: 
Salam.cox xaiw cvb yazardizda. Menm sevdiyim oglan var. Qovuwmaq ucun Allaha dua edirem. Duaya bawlamamiwdan qabaq ve ya dua zamani icimden bir ses deyrki dua etme onsuzda qebul olmayaq. O hara sen hara. Allah bawqa qiza qismet edecek. Cetin meseledi. Hemwe tek qalacaqsan gelinlik geyinmek qismetin olmayacaq ve.s bu kimi duwunceler. Cox cetn vezyetdeyem. Dua etmek istiyirem ama herden olmur. Dua etmeye yoruluram deyrem onsuzda qebul olmayacaq. Sene aglamaq qalacaq bu sevgide. Men ne ede bilerem ne meslehet gorursuz
Cavab: 
Aleykum salam. Dua edərkən duanın qəbul olunmasına şübhə ilə yanaşmaq olmaz, çünki bu, duanın qəbul olunmasına mane olan amillərdən biridir.

Aşağıda qeyd etdiyim bəzi ayələrin transkripsiyasını yaza bilərsinizmi?

    24.03.2021
Sual: 
Salam. Axwaminiz xeyir. Sizin sehifeden cooox raziyam. Sizden cox xahiw edirem mumkunse bu sureleri ve ayeleri mene azerbaycanca yazili amma erebce oxunuwunu vererdiniz zehmet olmasa. Cox xahiw edirem. Var hamisi amma turkcedi oxuya bilmirem. Sizin yazdiqlariniz duzdu hamisi Mawallah, ona gore size muraciet edirem.
Cavab: 
Və aleykum Salam. Sualda qeyd etdiyiniz bəzi surələrin azərbaycan dilində transkripsiyası saytımızda yer almışdır. Bununla belə Quran ayələrini transkripsiyadan oxumağı tövsiyə etmirik. Buna səbəb isə ərəb dilində bir çox hərflərin dilimizdə qarşılığının olmamasıdır.

Bir iş alınmadıqda yenə cəhd etmək, yoxsa "qismət deyil" deyərək çəkilmək lazımdır?

    26.02.2021
Sual: 
Salam.Biraz qəribə sual ola bilər. Mən müəllimlərin işə qəbulu imtahanına hazırlaşıram. 2 ildir universiteti bitirmişəm ibtidai sinif müəllimliyi üzrə. keçən il 48 yığdım . Bu il 53 və daimi işə qəbul ola bilmədim yalnız müqavilə. Sualım budur ki mənim yaxınlarım demək qismətin deyil boşver hazırlaşma kimi ifadələr söyləyirlər.Yəqin qismətində taleyində bu iş yoxdur deyirlər. ALLAHın acığına gedərmi qəbul olmadıqca yenə yenə çabalamağım? yəni qismət deyil deyib hazırlaşmayım mı ?
Cavab: 

Va aleykum Salam. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi".

Ömər yağış duasında Abbasın məqamı ilə təvəssül edib yoxsa duası ilə?

    26.02.2021
Sual: 
Salam aleykum qeyd edibsiz ki hormet keramet sahiblerine and verib nese istemek səhih hədislərdə buna aid heç bir göstəriş yoxdur. Ya siz heqiqeten oz kitablarinizdan bixebersiz yaxuda bile bile haqqi gizledib bu insanlari azginliga salirsiz men size indi oz kitablarinizda olan hedisleri qeyd edim oxuyun Səhih Buxaridə aşkar şəkildə deyilir: Mədinədə qıtlıq olan zaman, Ömər ibn Xəttab Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin məqamına təvəssül etməklə belə dua və yağış tələbi etdi: "İlahi! Biz Sənin Peyğəmbərinin məqamına təvəssül etdik, Sən bizə yağış göndərdin.
Cavab: 
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, hədisi düzgün tərcümə etməmisiniz. Hədisdə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Abbasın məqamı ilə deyil, duası ilə təvəssül etmişdir. Hədisdə məqam sözü işlənməyib.

Yuxuda kiminsə məni boğduğunu hiss edirəm, nə edə bilərəm?

    18.02.2021
Sual: 
Salam. Yuxuda bir insan gordum menden el cekmirdi, sonra hemin insanin uzunu yolda geden butun insanlarin uzunde gordum. Daha sonra emelli hiss edirem ki meni kimse bogur yatagimda ve deyirki get bu evden. Ellerini cox gozel hiss edirdim ama uzumu conderib kim etdiyine baxmaga gucum yetmedi.Euzu billahi da dedim. Yene bogmaga davam edirdi.
Cavab: 
Va aleykum Salam. Belə hallardan qorunmaq üçün yatağa girərkən edilən dua və zikrləri oxumaq lazımdır. Həmçinin, gün ərzində Allahı çox zikr edin və Qurani-kərim oxunmasını dinləyin. Daha ətraflı:

Pages