Ac olanda əsəbiləşmək günahdırmı?

    01.03.2019
Sual: 
Salam 1Ayetul küsu neye göre her yerde ferqli yazilir?2Mən mahniya qulaq asmaq istəmirəm ama ailem televizorda musiqili verlislərə baxir istər istəməz məndə eşdirem bu mənə gunahmidir?3mənim bacım qosulub öz sevdiyi oğlana gedib öz də cox yaxin qonsumuza 2ildi 1usagi var atam barismir nə etsəkdə deyirki mən ölsem onu qoymuyun ama mende anamda qohumlarda onunla gizli danişiriq sizcə düzmu edırik? ama onuda deyimki o oglanin anasi 4ildirki bunlarin bir birini isteməsinə ramən elçi gələyib indi ozünu haqli sayir nəyse biz isteyirki atam barısin bele dua varmi? Sizce nə edim?4ac olada cox esebli oluram bu mene gunah saylirmi ozümden asili olmayaraq her kese sert davraniram
Cavab: 
Və aleykum Salam.
1. Ayətul-Kursinin, ümumiyyətlə, ərəb dilində olan yazıların oxunuşunu olduğu kimi vermək mümkün deyildir. Ərəb dilində elə səslər vardır ki, onların ana dilimizdə qarşılığı yoxdur. Buna görə də yazılarda müxtəliflik əmələ gəlir. Daha ətraflı:
2. Musiqiyə qulaq asmaq günahdır. Sizdən asılı olmayaraq musiqi eşitməyiniz günah sayılmır. Çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Buna baxmayaraq bacardığınız qədər günahdan çəkinməyə çalışın. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən bir kimsə münkər (günah) iş görərsə, bacarırsa onu əli ilə dəf etsin, onu bacarmazsa, dili ilə, onu da bacarmazsa, qəlbi ilə dəf etsin ki, bu da imanın ən əşağı – və ya ən zəif – dərəcəsidir". (Səhih Muslim, 49). Həmçinin oxuyun:
3. Qadının atasının razılığı olmadan qoşulub qaçması günahdır və belə nikah batildir. Qadın buna görə tövbə etməli, valideynlərinin halallığını almağa və onlarla münasibətləri düzəltməyə çalışmalıdır. Atanızın icazəsi olmadan sizin bacınızla və ya onların ailəsi ilə gizlində əlaqə saxlamağınız doğru deyildir. Çünki, bu, ailə başçısı olaraq atanızın itaətindən çıxmaq və ona asi olmaq sayılır. Atanızın barışması üçün şəriətdə müəyyən edilmiş bir dua yoxdur. Siz öz sözlərinizlə Allaha dua edə bilərsiniz. Daha ətraflı:
4. Əsəbləşmək və buna görə sərt davranmaq insanı bir sıra günahlara apara bilər. Aclıq, yorğunluq və digər çətinlik hallarında səbirli olmağa çalışın. Həmçinin oxuyun:
 
Paylaş: