Qadın öz toyunda bəzənə bilərmi?
Sual:
Salamun əleykum sizə bəzi suallarim olacaq cavaba göre qabaqcadan çox sağ olun 1) qadin öz toyunda bəzən bilərmi ? 2) qadin öz toyunda Namazı necə qıla bilər? olar toydan sonra bütün hamsın qılsın ? Yoxsa olmaz ? 3 ) mənim 13 yaşım var 4 aydı namaz qılıram anam qılınır amma mənə deyir yataq otağında namaz qıla bilməzsən yataq otağında namaz qılmaq olarmı ?
Cavab:
Və aleykum Salam.
1) Əvvəlcə sizi namaza başlamağınız münasibətilə təbrik edir və Uca Allahdan sizi bu yolda sabitqədəm etməsini diləyirik! Qadın öz toyunda şəriətin buyurduğu şəkildə bəzənə bilər. Bu barədə ətraflı oxuyun:
2) Qadın öz toyunda namazları vaxtında qılmalıdır. Qadın bilməlidir ki, bu xoşbəxtliyi, xoş günləri ona nəsib edən Uca Allahdır və belə bir məclisdə Allaha ibadət etməyi unutmamalıdır. Sadəcə qısa bir vaxta məclisdən ayrılıb xüsusi bir otaqda namazlarını qılıb yenidən məclisə qayıtmalıdır. Həmçinin oxuyun:
3) Yataq otağında namaz qılmaq icazəlidir. Bunda heç bir qəbahət yoxdur. Ətraflı oxuyun: