Dində günün bitib başlaması necə hesablanır?
Sual:
Səlam əleyküm və rahmətullahi.İndidən cavablarınız üçün sağ olun.Allah razı olsun.
1)Dində günün bitib başlaması normaldan fərqlidir?Oxuduğuma görə məsələn cümə günü cümə axşamı əsr namazından sonra başlayır
2)Bəzi türk mənbələrdə məzhəbsizliyin dinsizliyə apara biləcəyini qeyd edirlər,həmin insanlar dini qaydaları araşdırmama ehtimallarına görə.
3)Səsli olmadan,özümüz özümüzə daxildən söz versək və ya kiməsə qarğış edib lənət etsək bunlar da içimizdən demə səbəbilə günah olaraq yazılır ya yox?
4)Mən surələri oxuyuram,orada hər ayətin tərcüməsini bilməsəm də ümumi nədən danışılığını xatırlayıram.Ancaq yenə də həm ərəbcə,həm də tərcüməsini oxuyuram.Belə halda tərcüməsini oxumasam olar?
Cavab:
Və aleykum Salam.
1) Dində Cümə günü məsələn, cümə axşamı məğrib namazından başlayır. Həmçinin digər günlər də belədir. Məğrib namazı girdikdən sonra artıq yeni günün axşamı başlayır, dan yeri söküldükdən sonra isə səhər başlayır.
2) Məzhəb barədə bu cavabları oxuyun:
3) İnsan dilinə gətirmədikcə və ya əməl etmədikcə ağlından keçirdiyi fikirlərə görə məsuliyyət daşımır. Ətraflı oxuyun:
Allahın məni sevmədiyini və məndən bezdiyini düşünmək küfrdürmü?
4) Ümumiyyətlə ərəb dilini bilməyən müsəlman həm ərəb dilində, həm də öz ana dilində Quranı oxumağa vaxt ayırmalıdır. Ətraflı oxuyun: