Azan, namaz və digər şeylərə aid suallar...

    28.04.2016
Sual: 
Salam.Mənini vadini və məzini necə fərqləndirmək olar?Şənbə günü oruc tutmaq olar?Şənlik və əyləncəyə islam necə baxır?Mömin nələri bilməlidir?Kişinin namazda və gündəlik geyimi necə olmalıdır?Mən eşitmişəmki qaşı iynə qalınlığında olmamaq şərtiylə almaq olar bu düzdü?Cəlb edən rənglər hansılardır?Kabab çəkmək olar?Axirətdə kişi ailə üzvlərinə görədə cavab verəcək?Araq butulkasını və stəkanını ələ götürmək olar?Dənizə getmək olar?Hansısa məbləğdə pul yığanda ona görə zəkat vermək lazımdı?Oruclu qadın dodaq boyası çəkə bilər?Himn oxumaq olar?Mənə elə gəlirki indiki dövrdə məscidlərdə azanı düzgün oxumurlar.Çünki musiqiyə oxşayır.Məhərrəm adını qoymaq olar?Bəzən insanların səsivarbunəyləəlaqəl
Cavab: 
Və aleykum Salam. 
2. Bu linki oxuyun: Şənbə və bazar günləri oruc tutmaq olarmı?
3. İslamda əyləncə və şənlik icazəlidir. Lakin, bunları tətbiq edəkən həddi aşmaq, haram şeyləri etmək olmaz.
4. Sual çox ümumidir, aydınlaşdırın.
5. Bu cavabı: Müsəlman kişi necə geyinməlidir?
5. Bu cavabı oxuyun: Üz və qaş tüklərini aldırmaq günah sayılırmı?
6. Sualı aydınlaşdırın.
7. Kabab çəkmək olar.
8. Bu linki oxuyun: Həyat yoldaşım ilə bacılarım arasında problemlər yaşanır...
8. Araq butulkasını və stəkanı ələ götürmək olar və bu dəstəmazı pozmur. Amma peyğəmbər (salləllahu aleyhi və səlləm) sərxoşedici şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (ət-Tirmizi: "Sehr", 59; Əbu Dəvud: "Əşribə", 2).
9. Naməhrəmlərin olmadığı bir yerdə, övrət yerləri örtmək şərtilə dənizdə çimmək olar.
10. Bu məqaləni oxuyun: Zəkat
11. Bu cavabı oxuyun: Ramazanda kosmetika çəkmək və qaş aldırmaq olarmı?
12. Himni yalnız ehtiyac olan halda, o da musiqisiz oxumaq olar.
13. Azan deyərkən "Allah" və "Muhəmməd" adlarını deyərkən uzatmaq düzgün deyildir.
14. Məhərrəm - haram olan deməkdir. Buna görə də bu adı qoymamaq daha yaxşıdır. 
Paylaş: