qadınlar

Ərimlə aramızda bəzi dini məsələlərə görə mübahisələr yaranır...

    08.06.2015
Sual: 
Salam aleykum. İnşəAllah yaxşısız. yoldaşımla din haqqınfa çox söz-söhbətimiz olur. Mənə namaz qılmağı da qadağan edib. Amma İnşəAllah gizli namaz qılmağı planlaşdırmışam. söz söhbətin səbəblərindən biri də budur ki, eşitdiyimə görə yemək yeyğndə sağ əl,yuyunanda sol əl istifadə olunmalıdır. Evə daxil olanda sağ ayaqla daxil olub salam vermək,çıxanda sol ayaqla çıxıb bismilləh demək lazımdı. Bütün bunlar nə dərəcədə düzdü,mən həmişə belə eləyirəm. Əgər düz edirəmsə hansə ayəyə və ya hədisə əsaslanmalıyam. Bir də əgər yoldaşım məni dindən uzaqlaşdırmaq istədə boşanmaq düzgündürmü?
Cavab: 

Aleykum salam. Ərinizdən səbəbsiz yerə boşanma tələb etməniz qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar".

Qadınlar da savab qazanmaq üçün cümə qüslu ala bilərlərmi?

    28.05.2015
Sual: 
Salam aleykum. Mənim sualım cümə qüsulu haqqındadır. Kişilər cümə günü məscidə gedəcəkləri üçün cümə qüsulu alırlar. Bəs qadınlar da cümə günü savab qazanmaq üçün cümə qüsulu ala bilərlər.
Cavab: 

Va Aleykum Salam. Cümə namazına getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Cümə qüslü yalnız Cümə namazına gedənlər üçün müstəhəbdir. Çüməyə getmyən qadınlar isə cümə qüslü almırlar. Daha ətraflı:

Qadın cahil həyat yoldaşından boşanma tələb edə bilərmi?

    28.05.2015
Sual: 
Assalam aleykum. Suali yazdin ama cavab yazmadiz xaiw edirem cavablandirardiz.Er islami yawamirsa cahil heyati yawiyirsa qadin onnan bowana bilermi. Eyer eri ona talaq vermirse nece nece bowanmalidi
Cavab: 

Aleykum salam. Ərinizi dinə dəvət etmədən və bunun üzərində uzun müddət səbr etmədən boşanma tələb etmək olmaz.

Ərim qeyri-islam bayramlarını qeyd etməyi əmr edir...

    28.05.2015
Sual: 
Assalamu aleykum. Bizde yeni il,novruz ve s.kimi bayramıar qeyd edilir ve men bugun ucun hecne etmirem yoldasim anasina gore deyirki etmelisen men onun dediyini etmeliyemmi. Men hec birinde etmemisem ve boyuk problemler olub. Men duzmu edirem.Allah elminize bereket versin assalamu aleykum
Cavab: 

Aleykum salam. Ərinizi gözəl əxlaqla və səbrlə dinə dəvət etmək sizin üzərinizə düşən vəzifələrdəndir.

Qadın heyz vaxtı yalnız ərinin görməsi şərtilə dırnaq qoya bilərmi?

    25.05.2015
Sual: 
Əssələmu aleykum. Sualım belədir. qadın aybaşı olan vaxtı yalnız ərinin görməsi şərtiylə dırnaq qoya bilərmi? (dırnağın çox uzun olmaması şərtiylə təbiiki, çox az bir uzunluq) Allah razı olsun!
Cavab: 

Aleykum salam. Dırnaq uzatmaq bəyənilmir. Heyz vaxtı lak istifadə etmək isə olar. Daha ətraflı:
Dırnaqları uzatmaq olarmı?

Müsəlman qadına çarşab geyinmək vacibdirmi?

    19.05.2015
Sual: 
SALAM ALEKE ...deylerki hica vacibdi dyendei es carsab vacibdi deyiler yx taxmasada olar . axi xanimlarimizda carsabda olub duzdu ???
Cavab: 

Aleykum salam. Müsəlman qadına əsas vacib olan hicab bağlaması, əllər və üz istisna olmaqla bədənin qalan hissələrinin örtülü olmasıdır. Həmçinin paltar dar, şəffaf, çox diqqət cəlb edən olmamalıdır. Çarşab isə vacib deyil, amma daha yaxşı örtdüyü üçün qadınlar ondan istifadə edirlər.

Pages