məhəmməd

İlk müsəlmanların çəkdiyi əziyyətlər (davamı)

    28.08.2024

Səd ibn Əbu Vaqqas: Sədin oğlu Musab demişdir: “Onun haqda Quranda ayələr nazil olmuşdur. Sədin anası dinindən dönməyincəyə kimi onunla danışma­mağa, yeməyib-içməməyə and içdi. Sonra ona belə dedi: “Sən Allahın anan və atanı sənə vəsiyyət ediyini iddia edirsən. Sənin anan mənəm və sənə bunu mən əmr edirəm”. O, üç gün belə oturdu, sonra isə halsızlıqdan huşunu itirdi. Onun Umara adlı oğlu ona su verdi. O (qadın) isə Sədin əleyhinə dua etməyə başladı.

İlk müsəlmanların çəkdiyi əziyyətlər

    21.08.2024

Peyğəmbərliyin 4-cü ilinə qədər bütpərəstlər müsəlmanlara qarşı əsasən mübahisələrlə qarşı çıxırdılar, lakin bunun bir fayda vermədiyini gördükdən sonra müsəlmanlara işgəncələr verməyə başladılar. Onlar Allah Elçisinə ﷺ fiziki cəhətdən əziyyət verə bilmirdilər, çünki əmisi Əbu Talib onu müdafiə edirdi. Qureyş müşrikləri Allah Elçisinə ﷺ tabe olmuş və İslamı qəbul etmiş səhabələrə qarşı açıq-aşkar düşmənçilik nümayiş etdirməyə başlamışdılar.

Sizin dininiz sizə, mənim dinim mənə

    11.08.2024

Qureyş müşrikləri Peyğəmbərə ﷺ ortaq dində birləşməyi təklif etmək istəmişdilər. Onlar Allah Elçisinin ﷺ tam şəkildə batil əqidədə olduğunu demirdilər. Uca Allah buyurur: “Onun barəsində dərin bir şəkk içindədirlər” (əş-Şura, 14). Onlar hesab edirdilər ki, onunla dini məsələlərdə uyğunlaşa bilərlər, özlərinin bəzi dini adətlərindən əl çəkib, İslamın bəzi rüknlərini yerinə yetirməklə, guya Allah Elçisinin ﷺ də İslamın bəzi rüknlərini tərk edib onların bəzi dini adətlərini yerinə yetirməsinə nail ola bilərlər.

Qureyşlilərin Həccə gələnləri Peyğəmbərdən ﷺ çəkindirmələri

    21.07.2024

İkrimə S rə­vayət edir ki, Vəlid ibn əl-Muğira Peyğəm­bə­rin ﷺ yanına gəlib onun oxuduğu Quranı dinlədi və sanki ona olan sərt münasibəti yumşaldı. Bu xəbər gedib Əbu Cəhlə çatdıqda o, Vəlidin yanına gəlib dedi: “Ey əmi! Qövmün pul toplayıb sənə vermək istə­yir”. Vəlid: “Nə üçün?”- deyə soruşduqda o dedi: “Çünki sən Muhəmmədin də­və­tini qəbul edib dədə-babalarının dinindən dönmüsən”. O dedi: “Qureyş qə­bi­ləsi mənim var-dövlə­timin hamısından çox olduğunu yaxşı bilir”. Əbu Cəhl dedi: “Elə isə bir söz de, qövmün də bilsin ki, sən onun dəvətini inkar edir­sən!” O dedi: “Mən nə deyim!

Allah Elçisinin ﷺ öz tayfasını açıq şəkildə dəvət etməsi

    07.07.2024

Allah Elçisinə ﷺ peyğəmbərlik verildikdən və gizli dəvət getdikdən sonra artıq kişi və qadınlar İslamı dinini dəstə-dəstə qəbul etməyə başlamışdılar. İslam haqda söhbətlər bütün Məkkəni dolaşmışdı. İnsanlar hər yerdə yalnız bu dindən danışırdılar. Peyğəmbərliyin verilməsindən üç il sonra Uca Allah Öz Elçisinə ﷺ tayfasının qarşısına çıxmağı, Allah tərəfindən ona nazil edilən vəhylər və peyğəmbərlik barəsində açıq danışmağı buyurdu. (İbn Hişam, 2/97). Bundan sonra Allah bu əmri nazil oldu: “Sənə buyurulanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!” (əl-Hicr, 94).

İslamın əvvəlində namaz necə qılınırdı?

    29.06.2024

İlk nazil olan hökmlər namaz qılmağı əmr edirdi. Rəvayət edilir ki, Allah Elçisinə ﷺ namaz ilk dəfə fərz olunanda onun yanına Cəbrail gəldi. Bu zaman Allah Elçisi ﷺ Məkkənin yuxarı hissəsində idi. Cəbrail vadi tərəfdə dayanıb dabanını yerə vurdu, həmin yerdən su çıxdı. Cəbrail dəstəmaz aldı, Allah Elçisi ﷺ isə ona baxırdı ki, görsün namaz üçün necə dəstəmaz almaq lazımdır. Sonra Allah Elçisi də Cəbrail kimi dəstəmaz aldı. Cəbrail onun yanında dayanıb namazı necə qılmağı göstərdi. Allah Elçisi onun göstərdiyi kimi namaz qıldı. Bundan sonra Cəbrail qeyb oldu.

Üç il gizli dəvət

    11.05.2024

“əl-Muddəssir” surəsinin ilk ayələrinin nazil olmasından sonra Allah Elçisi  insanları Allahın dininə dəvət etməyə başladı. Onun qarşısında cahil va kobud bir qövmü dəvət etmək vəzifəsi dururdu. Cahil ərəblər bütlərə ibadət edir və özlərini haqlı çıxarmaq üçün atalarının da onlara tapındığını bəhanə gətirirdilər. Əxlaq anlayışı çərçivəsində quru bir şərəf anlayışından başqa heç bir şeyləri yox idi. Problemlərinin həlli yolunu ancaq qılıncda görürdülər. Bu hallar bütün Ərabistan yarımadasını bürümüşdü.

Peyğəmbərlikdən qabaq cinlərlə səma arasında sədd çəkilməsi

    20.04.2024

Peyğəmbərlik verilməmişdən qısa müddət qabaq cinlərin səmada olan mələklərdən məlumat oğurlayıb falçı və kahinlərə çatdırılmasının qarşısı alınmışdı. Bu haqda İbn Abbas rəvayət edir ki, Peyğəmbər ﷺ bir dəstə səhabəsi ilə Ukaz baza­rına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi vəh­yi) oğrun-oğrun öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduz­lar təqib etmişdir.

Allahın Peyğəmbərini ﷺ şirkdən qoruması

    10.04.2024

Fil ilindən öncə ərəblər arasında Hums fikri ortaya çıxmışdı. Ərəblər İbrahimin dinindən qalan adətlərə zidd qaydalar qoymağa başladılar. Belə ki, onlar Məkkəni ziyarətə gələnlərə özləri ilə gətirdikləri yeməkdən yeməyə icazə vermir, yalnız özlərinin pak adlandırdığı yeməkləri yeməyin icazəli olduğunu təbliğ edirdilər. İş o yerə çatmışdı ki, Məkkəyə ziyarətə gələn adam qureyşlilərin adlandırdıqları pak paltarlardan tapmazdılarsa, Kəbəni lüt təvaf etməli idilər. Kişilər lüt, qadınlar isə bütün paltarlarını çıxarıb tək bir paltarda təvaf etməli idilər.

Pages