Su pərisi varmı? Səhabələr namazda bir rükətdə Quranı tam oxuyublarmı?

    26.12.2018
Sual: 
Salam Alekum dəyərli qardashlar.Sizə bir neçə sualim olacaq.Haqqinizi halal edin. 2.Yas vermək haramdir.Rəhmətə gedənin evinə o qədər adami necə yer bə yer edəsən?3.Xəstəliyə görə halal yemekleri özünə haram etmek olar? 4.Ölkənin konstitusiya qanunlarini pozmaq gunahdi? 5.O vaxti cin ile ve ya su adami ilə nigah qurulub? 6.Səhabələr bir rükətdə bütün Qurani oxuyublar? 7.Indiki dövrdə dashqalagin hökmü qalibmi?Yani kiminsə yoldashi zina ederse onu dashqalaq etmelidir?yoxsa tövbə edə biler?Zinanin hökmü ancaq ölümdü axi. 8.Qurani Kərimi kitab halina gətirilməsi bidetdir? Rəsulallahin(s.a.v)vaxtinda belə olmuyub axi. 8.Kosmosda namaz mümkündü?Qibleni ve vaxti neye esasen teyin olur?
Cavab: 
Və aleykum Salam.
1. İslam şəriətində üç gündən artıq yas saxlamaq icazəli deyil. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin ailəsinə üç gün yas saxlamağa icazə verdi. Sonra onların yanına gəlib dedi: "Bu gündən sonra qardaşımın arxasınca ağlamayın...". (Əbu Davud, 4174). 
Peyğəmbərimiz demişdir: "Allaha və Axirət gününə iman gətirmiş qadına ölmüş bir kimsə üçün üç gündən artıq yas saxlamaq halal deyildir. Yalnız əri üçün dörd ay on gün (yas saxlaya bilər)". (Səhih əl-Buxari, 1281). Daha ətraflı:
İslam fiqhi: CƏNAZƏ BÖLÜMÜ
2.
İnsan hər hansı bir halal neməti özünə haram etmədən xoşlamadığı və ya müəyyən səbəblərə görə onu yeməkdən imtina edə bilər. Ancaq səbəbi nə olursa-olsun insan halal neməti özünə haram edə bilməz, çünki halal-haramlar islam şəriəti tərəfindən müəyyənləşdirilir. Uca Allah buyurur: "Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir! Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!" - deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (ən-Nəhl, 114-116). Həmçinin oxuyun: İslam fiqhi: QİDALAR bölümü
3.
Bu cavabı oxuyun: Ədalətsiz hakimə qarşı çıxmaq olarmı?
4.
 İslam alimləri demişlər ki, başının və saçının qadına, göbəkdən ağaşı hissəsinin isə balığa oxşadığına görə bəzi dənizçilərin "su adamı", "su pərisi" adlandırdıqları məxluq əslində suda yaşayan bir hevyandır. Şübhə yoxdur ki, heyvanla da evlənmək qeyri mümkündür. Həmçinin o zamanlar kiminsə cinlə evlənməsi barədə də səhih mənbələrdə heç nə bildirilməyib. Alimlər deyiblər ki, bu barədə bəzi mənbələrdə gələn rəvayətlər də zəifdir və belə bir şey mümkün deyil. Hətta fərz etsək ki, bu, mümkündür, aşağıda qeyd edəcəyimiz ayələrin ümumi məfhumuna görə yenə də belə bir şey şəriətlə icazəli deyil. Uca Allah buyurur: "Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?" (ən-Nəhl, 72).
"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır". (ər-Rum, 21).
"Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və bir müddət onu bətnində gəzdirdi. Zövcəsi ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: "Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq"– deyə dua etdilər". (əl-Əraf, 189).
Alimlər bu ayələrin təfsirində demişdir ki, Allah Təala evlilik üçün kişinin öz cinsindən, öz növündən onun təbiətinə və xilqətinə uyğun məxluqu -- qadını yaratmışdır. Habelə, Uca Allah buyurur: "Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin...". (ən-Nisa, 3).
Alimlər bu ayənin də izahında demişdirlər ki, Allah burada başqa məxluqlarla yox, məhz insanın öz cinsindən və Adəm övladından olan qadınlardan xoşunuza gələn biri ilə evlənin dedi. Bütün bu barədə olan ayələr ona dəlalət edir ki, insanın öz cinsindən başqa məxluqlarla evlənməsi mümkün deyil və şəriətimiz də buna icazə verməyib. Həmçinin oxuyun:
Cinlərin həyatı haqqında
Cinlər mövcuddurmu?
Cadu və cinlər həqiqətdirmi?

5.
Səhih mənbələrdə bəzi səhabələrin namazda 1 rükətdə Quranı xətm etdikləri bildirilib. İmam ən-Nəvəvi demişdir: "Səhabələr, tabiinlər, alimlər arasında Quranı bir rükətdə və ya bir gecədə xətm edənlərin çoxluğuna görə onları saymaq mümkün deyil. Məsələn, onlardan Osman ibn Affanı, Təmim əd-Darini, Səid ibn Cubeyri, İmam Əbu Hənifəni, İmam əş-Şafeini, Qatadəni və bir çox səhabə, tabein və alimləri misal göstərmək olar". (əl-Əzkar, səh. 8).
Ancaq istisna halları çıxmaq şərti ilə ümumilikdə səhih hədislərə görə Quranı üç gündən tez xətm etmək bəyənilmir. İstisna hallar isə davamlı olmadan və Ramazan ayında, xüsusən də Qədr gecələri kimi fəzilətli günlərdə, həmçinin, Məkkə, Mədinə kimi mübarək yerlərdə oranın əhlindən olmayanların ora daxil olduqda Quranı üç gündən tez xətm etmələrində bir qəbahət yoxdur. Çünki, fəzilətli vaxtlar və məkanlar müsəlanın Quranı tez-tez xətm etməsi üçün bir növ savab baxımından bir fürsət və qənimətdir. Lakin, digər hallarda isə bəyənilmir. Bu da İmam Əhmədin, İshaqın və bir çox alimlərin görüşüdür. (İbn Racəb əl-Hənbəli "Lətaiful-Məarif", səh. 171). Aişə demişdir: "Mən Peyğəmbərin Quranı bir gecədə oxuduğunu görməmişəm". (Muslim, 746).
Abdullah ibn Amr rəvayət edir ki, Peyğəmbər ona belə demişdir: "Ayın üç gününü oruc tut". Səhabə deyir: "Mənim bundan daha artığına gücüm çatar". Səhabənin israrından sonra axırda Peyğəmbər ona deyir: "Elə isə bir gündən bir oruc tut". Daha sonra səhabəyə deyir: "Quranı ayda bir dəfə xətm et". Səhabə deyir: "Mən bundan da çox edə bilərəm". Səhabənin israrından sonra axırda Peyğəmbər ona deyir: "Elə isə Quranı üç gündə xətm et". (əl-Buxari, 1978). Abdullah ibn Amr güclü gənc idi. Səhabələr arasında onu "Səhabələrin abidi" ləqəbi ilə çağırırdılar. Buna baxmayaraq Peyğəmbər ona Quranı üç gündən tez xətm etməyə icazə verməmişdir.
Başqa bir hədisdə Abdullah ibn Amr Peyğəmbərin belə dediyini rəvayət edir: "Quranı üç gündən tez xətm edən kimsə, onu başa düşməz". (Sunən Əbu Davud, 1394; Sunən ət-Tirmizi, 2949).
Alimlər bu hədisi şərh edərkən demişdirlər ki: "Quranın xətm olunması üçün gün məhdudiyyəti yoxdur deyənlərə Peyğəmbərin "Kim Quranı üç gündən tez xətm edərsə, onu başa düşməz" hədisi açıq-aşkar bir sübutdur. Burada müddət üç gün təyin edilib. Necə demək olar ki, bu haqda məhdudiyyət yoxdur?! Peyğəmbər vurğulayıb ki, Quranı üç gündən tez xətm edən, onu başa düşməz. Quranı oxumaqla əldə olunan başa düşmək, dərk etmək məqsədinə yetişməz. Uca Allahın bu ayəsi də deyilənə bir işarədir: "Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?" (Muhəmməd, 24)". (əl-Albani "Aslu Sifətus-Salət" kitabı, 2/521).
Böyük tabiinlərdən (səhabələrin ardıcılları) olan Əbu Ubeyd belə demişdir: "Mənim qənaətim budur ki, Quranı üç gündən tez xətm etməyək. Peyğəmbərin və səhabələrin bu əmələ yaxşı baxmadığı haqda hədisləri də sizə çatdırmışam". (Fədailul-Quran, səh. 92; İbn Kəsir "Fədailul Quran", səh. 260; İbn Həcər "Fəthul-Bari", 5053). 
6. Ətraflı şəkildə bu cavabları oxuyun: 
Zina etmiş qadının daşqalaq edilərək öldürülməsi hədisi doğrudurmu?
Qurani Kərimdə evli zinakarın daş-qalaq edilməsi barəsində ayə olubmu?
Zina etmiş insan necə tövbə edə bilər?
7.
Xeyr, Quranın kitab halına salınması bidət deyildir. Bunun bidət olması barədə də dinimizdə hər hansı bir məlumat yoxdur. Peyğəmbərin ölümündən bir müddət sonrayadək Quran kitab halında olmamış, əzbər şəkildə öyrənilmiş, əzbərdən bir-birinə ötürülmüş və yayılmışdır. Sonradan kitab halına salınması ehtiyacı və zərurəti yaranmış və səhabələrdən də bəziləri buna təşəbbüs göstərmişdirlər. Daha ətraflı: Quranı ilk dəfə kitab halına kim salıb?
8.
 Əgər fərz etsək ki, namaz qılan bir insan kosmosa səfərə gedib, bu zaman orada da namazı yer əhlinin qıldığı şəkildə qılmalıdır. Qiblə üçün də yer istiqamətinə tərəf yönəlməlidir. Yəni, qibləsi yer səmti olacaq. Uca Allah buyurur: "Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir". (əl-Bəqərə, 115). Həmçinin oxuyun: 6 ay gündüz və 6 ay gecə olan ölkələrdə namaz vaxtları necə müəyyən edilir?
Teqlər: 
Paylaş: