Azan oxuyarkən əllər necə tutulmalıdır?

    02.01.2019
Kimdən: 
Kamran
Sual: 
Salam aleykum necesiz? men namaza teze basdamisam sizin seyfeden oyrendim basdadim.Size sualim var.cox xais edirem link atmadan burda cavablandirasiz 1.Sizin seyfeden secde.ve ruku dualari oyrenmiwem ve olari ferz namazlarinda secdede ve rukuda deirem yeni subhene rabiyel ala yox daimi bawqasini deirem birdeki olarida 3 defe deirem duz elirem? 2.namaz qilanda sesli ve sessiz namazlarda hamsinda əuzu billəhi və bismilləh birde Əmin sesli yoxsa sessiz deyilmelidi? .3.evde namaz qilanda azan ve iqame deirem onu deyende eller nece olmalidi? birde sesli yoxsa sessiz deyilmelidi? 4.Namazda salamnan soraki dualari ezber bilmiremse telefonnan oxuya bilerem
Cavab: 
Və aleykum Salam. Əlhəmdulilləh, sizi təbrik edərək Allahdan xeyirli əməllərinizi qəbul etməsini diləyirik.
1. Əgər səhih hədislərə əsasən namazda rükuda və səcdədə oxunan duaları 3 dəfə deyirsizsə, bunda bir qəbahət yoxdur və düz edirsiz. Həmin dualar aşağıdakılardır:
Müsəlman qalası: Rükuda edilən dua
Müsəlman qalası: Səcdədə edilən dua
Namaz necə qılınır? - VİDEO
2.
Bütün səsli və səssiz namazlarda "əuzu billəhi minəş-şeytanir-racim" "bismilləhir-rahmənir-rahim" səssiz deyilir. Lakin, hərdən camaat namazlarında imamın arxasında dayananlara öyrətmək məqsədilə bu sözlərin səsli deməsində bir qəbahət yoxdur. Bunu səhabələrdən (Allah onlardan razı olsun) bəziləri edərdi. Həmçinin Əbu Hureyrə (Allah ondan razı olsun) də belə etmiş və demişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) də hərdən belə edərdi. "Əuzu billəhi minəş-şeytanir-racim" "bismilləhir-rahmənir-rahim" sözlərini birinci rükətdə demək sünnədir. Digər rükətlərdə isə deməyə ehtiyac yoxdur. Ancaq kim hər dəfə Fatihədən və Fatihədən sonra oxunan surələrdə bunları desə, bunda da bir qəbahət yoxdur. Namazda əl-Fatihə surəsindən sonra "əmin" demək müstəhəbdir. Səsli namazlarda (tək və ya camaatla) səslə, səssiz namazlarda isə səssiz "əmin" deyir. Daha ətraflı:
Namazda "Əmin" demək
"Amin" sözünün mənası nədir?
Namazda hansı hissələr səsli deyilir?
3.
Alimlər demişdirlər ki, azan və iqamə verəndə əllərin necə olması şərt deyil. Lakin, bununla belə müəzzinin azan oxuyarkən hər iki əlinin və ya bir əlinin şəhadət barmağının ucunu qulağında tutması müstəhəbdir. Vəhb ibn Abdullah deyir ki, Bilal azan verəndə gördüm ki, o, sağ əlinin şəhadət barmağını sağ qulağına, sol əlinin də şəhadət barmağını sol qulağına qoydu. (ət-Tirmizi rəvayət etmiş və səhihdir demişddir. Həmçinin İbn Həcər, İmam ən-Nəvəvi və əl-Albani də hədisi "səhih" olaraq təsnif etmişlər).
Habelə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) Bilala: "Şəhadət barmaqlarını (xarici) qulaq keçəcəyinə qoy. Belə etsən səsin daha çox çıxar" - buyurmuşdur. (əz-Zeylai "Nasbur-Rayə", 1/278; İbn Əbi Şeybə "əl-Musannəf"; Şihab əd-Din əl-Busayri "Misbah əz-Zucacəti fi Zəvaid İbn Məcəh").
Həmçinin İmam əl-Buxari də öz "səhih" adlı əsərində bununla bağlı fəsil açmış və demişdir ki, Bilal azan verdikdə sağ əlinin şəhadət barmağını sağ qulağına, sol əlinin də şəhadət barmağını isə sol qulağına qoyardı. İbn Ömər isə azan verəndə belə etməzdi.
əl-Əvzai və İshaq kimi bəzi alimlər demişlər ki, iqamə verdikdə də eyni bu şəkildə etmək müstəhəbdir. Lakin, bəziləri də demişdirlər ki, azan və iqamədə belə edib-etməməkdə ixtiyar sahibdir. Bəziləri də demişdirlər ki, azanda belə edib iqamədə etməməsi müstəhəbdir. (İbn Racəb, 3/557).
Həmçinin, azan səsli şəkildə verilməlidir. İqamənin də səsli deyilməsi müstəhəbdir. Urva ibn Zubeyr Bəni Nəccardan olan xanımının belə dediyini rəvayət etmişdir: "Mənim evim Peyğəmbər məscidinin ətrafında ən yüksək ev idi. Bilal sübh azanını bu evin üstündən oxuyardı. Bilal sübh tezdən gəlib evin üstündə oturaraq namazın vaxtını gözləyərdi. Dan yerinin ağarmasını (fəcrin doğmasını) görəndə isə azan oxuyardı". (əz-Zeylai "Nasbur-Rayə, 1/292).
Azan oxunarkən iki kəlmə arasında dayanaraq kəlmələr uzadılır, iqamə oxunarkən isə iki kəlmə birləşdirilərək sürətli oxunur. Hədisdə, "Ey Bilal! Azan oxuyanda kəlmələri uzadaraq yavaş-yavaş oxu, iqamə oxuyarkən də sürətli oxu" - buyurulmuşdur. (ət-Tirmizi "Salat", 29).
Həmçinin azan və iqamə oxuyanda müəzzinin qibləyə tərəf dayanması və "hayyə aləs-saləh" deyərkən sağ tərəfə, "hayyə aləl-fələh" deyərkən sol tərəfə dönməsi, minarədə isə sağ tərəfdən sol tərəfə doğru fırlanaraq oxuması və azanda səsin ucadan çıxması üçün iki barmağının uclarını iki qulağına qoyması müstəhəbdir. Əbu Cuhafədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: "Bilalın azan oxuduğunu gördüm. O üzünü sağa-sola çevirir, "Hayyə aləs-saləh, hayyə aləl-fələh" deyirdi. İki barmağı da iki qulağında idi". (əs-Sən'ani "Subulus-Səlam", 1/122; əş-Şovkani "Neylul-Əvtar", 2/46).
Həmçinin, müəzzinin səsi gur və gözəl olması daha yaxşıdır. Çünki, bu zaman azanı eşitdirmək və elan etmək daha asandır. Peyğəmbər iyirmi nəfərə azanı oxumalarını əmr etdi, onlar da oxudular. Əbu Məhzurənin səsi xoşuna gəldi və ona azanı öyrətdi. (əd-Darimi "Salat", 7).
Dəstəmazsız olanların da azan və iqamə oxumaları məkruhdur. Hədisdə "yalnız dəstəmazlı kimsə azan oxuyar" - buyurulmuşdur. (ət-Tirmizi "Salat", 33; əs-Sən'ani "Subulus-Səlam", 1/129). Həmçinin oxuyun: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?
4. Namazdan sonra edilən zikrləri əzbər bilmirsinizsə, kitabdan və ya telefondan oxumaqda bir qəbahət yoxdur. Həmçinin oxuyun:
Müsəlman qalası: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Teqlər: 
Paylaş: