Bütün peyğəmbərlərə salam göndərmək olarmı?
Və aleykumus-Sələm və Rahmətullah.
1. Bəli, bütün peyğəmbərlərə salam göndərmək olar. Muhəmməd peyğəmbərə salam göndərərkən "sallallahu aleyhi və alə əlihi və səlləm" (ona və ailəsinə Allahın salavatı və salamı olsun), digər peyğəmbərlərə salam göndərərkən isə, "aleyhimus-sələm" (Allahın onlara salamı olsun) deyilir. Salavat isə, yalnız Muhəmməd Peyğəmbərə (salləllahu aleyhi və səlləm) və Əhli-Beytinə göndərilir. Digər mömin və əməlisaleh insanlara isə, salavat göndərilmir, onlara yalnız salam göndərmək olar. Uca Allah doğru yolla gedənlərə salamatlıq bəxş etdiyini bildirərək buyurur: "Doğru yolla gedənlərə salam olsun!" (Taha, 47). Mələklər zikr olunduqda da "aleyhis-sələm" (Allahın ona salamı olsun) deyərək salam göndərmək icazəlidir. oxuyun:
1) Allahın "əs-Sələm" adının bərəkəti sizin üzərinizə olsun!
2) Allah səni salamatçılıq və əmin-amanlıq içində etsin!
3) Salam verən insan qarşı tərəfə bildirmiş olur ki, mən tərəfdən əmin-amanlıq və salamatlıq içindəsiniz. Həmçinin oxuyun: Sizə salam olsun!
3. Bu cavabları oxuyun:
4. Bu cavabı oxuyun: Kafir kimlərdir?
5. Bu cavabı oxuyun: Rükuda tam əyilməyərək əvvəllər qıldığım namazlar batildirmi?
6. Hər bir müsəlman öz dilində və ya ona rahat olan istənilən dildə Allaha həmd-sənalar, təriflər deyə bilər. Bunda bir qadağa yoxdur. Lakin yaxşı olar ki, müsəlman Uca Allah Quran və hədislərdə Özünü təriflədiyi kimi Onu tərifləsin. Həmçinin oxuyun:
7. Bəli, qeyd etdiyiniz zikri yüz dəfə deyənin bütün günahlarının bağışlanması barədə hədis var. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim gün ərzində yüz dəfə: "Subhanəllahi və bihəmdihi" (Allah pak və müqəddəsdir! Allaha həmd olsun!)– desə, günahları dəniz köpüyü qədər olsa belə silinər" (əl-Buxari, 6405)
Həmçinin, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu zikrin fəziləti barədə belə demişdir: "Kim bunu (subhanəllahi va bihəmdihi - سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ - Allah pak və müqəddəsdir! Allaha həmd olsun!) zikrini səhər və axşam yüz dəfə deyərsə, Qiyamət günü heç kəs onun gətirdiyindən əfzəl (daha üstün) heç bir şey gətirə bilməz. Yalnız o şəxsdən başqa ki, o bunu onun kimi və ya ondan çox demişdir". (Səhih Muslim, 4/2071).