Məhsulu reklam edən şəxsə satışdan faiz vermək olarmı?

    17.01.2022
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum və rəhmətullah. 1.Faiz nədir?Məsələn mən bir mal satıram.Bir adam o malı reklam edir və mən ona faiz verirəm(10%).Bu haramdır? 2.Sədəqə və nəzir eyni şeydir yoxsa aralarında fərq var?Dilənçilərə nəzir verilir o sədəqə sayılır? 3.Alt paltıma məni dəymişdi amma sonra quruyub.Mənim həmin hissəni yumağıma ehtiyac var? Bəs sidik dəyib sonra quruyubsa necə,yumağıma ehtiyac var? 4.Bankda proqramist işləmək olar? 5.Bir il əvvəl bir ay namaz qılmamışdım,bu namazların qəzasını:Zöhr namazı vaxtı zöhrün qəzası,sübh namazı vaxtı da sübhün qəzası kimi qılmalıyam yoxsa qəzaları istədiyim vaxt və istədiyim sayda qıla bilərəm?
Cavab: 

Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu.

1) Malı reklam etdiyinə görə kiməsə gəlirdən müəyyən faiz verməyiniz isə haram deyil və bu sələm sayılmır. Faiz (sələm) barədə ətraflı bu linkdən oxuyun: Sələm – Faiz


2) Camaat arasında nəzir və sədəqə eyni məna daşısa da, əslində sədəqə bir insanın öz xoşu ilə kasıba verdiyi puldur və bu vacib sayılmır. Nəzir isə bir insanın hansısa işin baş verməsinə görə vacib olmayan bir şeyi özünə vacib etməsidir. Məsələn bir insan nəzir edir ki, əgər bu işim düzəlsə və ya bu problemim aradan qalxsa, Allah üçün bunu edəcəm (bir ibadəti). Nəzir etmək bəyənilmir, lakin əgər deyilibsə yerinə yetirmək vacibdir. Nəzir və sədəqə barədə ətraflı oxuyun:

3) Məni (sperma) özü-özlüyündə nəcis (murdar) sayılmır, lakin natəmizlik sayıldığına görə yaş olarsa dəydiyi yeri yumaq daha yaxşıdır. Əgər qurumuşsa, məni dəyən yeri dırnaqla təmizləmək kifayətdir. Aişə (Allah ondan razı olsun) belə rəvayət edir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) paltarına bulaşan mənini (sperma) quru olanda ovaraq, yaş olanda isə yuyaraq təmizləyərdi". (Səhih Muslim, 672).
Sidik isə nəcis olduğu üçün onu həm yaş olduqda, həm də quruduqdan sonra mütləq yumaq lazımdır. Ətraflı oxuyun: Murdar şeylərdən təmizlənməyin üsulları

4) Bankda heç bir vəzifədə işləmək olmaz. Ətraflı oxuyun: Bankda işləmək olarmı?

5) Bilərəkdən, heç bir üzr olmadan namazları buraxmaq böyük günahdır və bu namazlar qəza edilmir, buna görə tövbə edin və əvəzinə nafilə namazları artırın. Ətraflı oxuyun:
Paylaş: