Bu il (2018) Ramazan ayı nə vaxt başlayır?
Va aleykum Salam. Bu ilki fətvaya əsasən Ramazan ayının 1-ci günü May ayının 17-nə təsadüf edir. Ay müxtəlif ölkələrdə müxtəlif vaxtlarda görünə bilər.
Va aleykum Salam. Bu ilki fətvaya əsasən Ramazan ayının 1-ci günü May ayının 17-nə təsadüf edir. Ay müxtəlif ölkələrdə müxtəlif vaxtlarda görünə bilər.
Salam aleykum. Əri yanında olan qadının, ərinin icazəsi olmadan əlavə oruc tutması qadağandır. Digər bir hədisdə isə Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı) belə demişdir: "Əri yanında ikən onun icazəsini almadan bir qadının nafilə oruc tutması halal olmaz.
Va aleykum Salam. Əgər 10 kasıbı yedirtməyə imkanınız yoxdursa, onda hər anda görə üç gün ardıcıl oruc tutmaq lazımdır. Bu zaman doqquz gün ardıcıl tutmaq vacib deyil, hər üç günlük orucdan sonra bir neçə gün fasilə verə bilərsiniz.
Salam aleykum. Mübahilə - qədim xalqlarda, xüsusilə, ərəblərdə mövcud olmuş bir lənətləşmə ayinidir. İki qarşı tərəf müzakirə vasitəsilə həqiqəti ortaya çıxara bilmirsə və tərəflərdən heç biri məğlub olmursa, o halda son variant kimi mübahiləyə əl atırlar.
Və aleykum Salam. Qəza oruclarını istənilən gündə, ardıcıl və ya ara verərək tuta bilərsiniz. Oruc Sübh namazının girdiyi vaxtdan Məğrib namazının girdiyi vaxt arasında tutulur. Sahur və iftar vaxtlarına saytımızın ana səhifəsində də baxa bilərsiniz.
Va aleykum Salam.
Və aleykum Salam va rahmətullahi va bərakətu.
1. Ramazan orucu tutan insan heç bir tərəddüd etmədən orucunu pozmağa niyyət etsə, lakin sonra pozmasa, orucu batil olmuş sayılır. Əvəzində bir gün qəza orucu tutmalıdır.