oruc
Ramazan ayının niyyətini necə etmək lazımdır?
Və aleykum Salam. Ramazan ayının ilk gecəsində ümumən bir ay oruc tutmağa və ya hər gün yatmamışdan qabaq sabah oruc tutacağınıza niyyət edə bilərsiniz. Lakin, bu zaman niyyəti dilə gətirməyə ehtiyac yoxdur. Sadəcə, qəlbinizdə sabah oruc tutmaq məqsədinin olması kifayətdir. Daha ətraflı:
Qəza oruclarını tutmaq üçün necə qüsl almalıyam?
Oruc tutan adam dərman içə bilərmi?
Salam aleykum. Bu cavabı oxuyun: Oruc zamanı dərman qəbul etmək olarmı?
Körpəsi olan qadın oruc tuta bilərmi?
Anam oruc tutmağa icazə vermir, nə edim?
Uşaqlar günün yarısına kimi oruc tuta bilərlərmi?
Salam aleykum. Həddi-büluğa çatmayan uşaqlara oruc tutmaq vacib deyil. İbadətlərə həvəsləndirmək baxımından, oruc tutmaq uşağa ağır deyilsə, günün yarısına qədər və ya tam oruc tuta bilər.
2017-ci ildə Ramazan ayı nə vaxt girir?
Və aleykum Salam. Bu ilki fətvada Ramazan ayı 2017-ci ildə May ayının 27-sinə düşdüyü elan edilib.
Heyzli qadın oruc tuta bilərmi?
Salam aleykum. Heyzli qadın oruc tuta bilməz. Ramazan ayında heyzli qadın orucları qəza edir, tutmadığı günlərini heyzdən qurtarandan sonra yerinə yetirir.
Dərman qəbul edən adama oruc tutmaq vacibdirmi?
Salam aleykum. Dərmanları oruca başlamazdan qabaq və iftardan sonra qəbul etmək imkanı varsa, belə halda oruc tutmaq olar. Əgər dərmanlar ciddi qrafiklə qəbul edilməlidirsə və qəbul edilmədikdə ağır nəticələr verəcəksə, orucu tutmayıb qəzasını sağalandan sonra tutmaq lazımdır.