qadınlar

Övladım olmadığı üçün ərim və ailəsi məni alçaldaraq təhqir edirlər...

    27.03.2019
Sual: 
Ovladim olmur deye yoldasim ve ailesi terefinnen cox alcaliram.yarimcig bele deyibler.calisiram sebr edem.yoldasim dindar adamdi.ozu meni bosamir.amma elinnen gelen zulmu edir ki ,em bowanim erzemi yazim.bele halda neynemeliyem.? Sebrim de qalmayib.peygemberimiz deyib ovlad sahibi ola biken qadinlarla evlenin. Menim ovladim olmur deye mene qarwi olunan zulm gunah deyil? Ve meni ovladim olmadigina gore bowamag olar?
Cavab: 
Salam aleykum. Ailə qurmaqda əsas məqsədlərdən biri övlad sahibi olmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları çoxlu övlad sahibi olmağa təşviq edərək belə demişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin.

Süni mayalanma zamanı dondurulmuş embrionun məhv edilməsi günahdırmı?

    12.03.2019
Sual: 
Salam xaiş edirəm cavablandırın Sualımı silmisiz ki cavabları oxuyun.mən sualıma cavab tapmadım deye sizə göndərdim.Həyacan la cavabınızı gözləyirəm sizdə silmisiz.Sual 5günlük embirion hələ ana bətninə yerləşdirilməmiş insan kimi can-candırmı???və onlara laboratoriada dondurmaq üçün pul ödəməyəndə klinika onları telef edir.sual2)bu bizə günah qazandırırmı???yəni buna görə günahkar oluruqmu??? Xahiş edirəm artıq derecede cavab yazın.Təşəkkür edirəm bu sualıma cavab yoxdur saytda
Cavab: 

Və aleykum Salam. Süni mayalanma zamanı götürülmüş embrionlar hələ canlı sayılmadığı üçün onların məhv edilməsi də günah deyil. Daha ətraflı: 
Süni mayalanma etmək olarmı? 

Nişanlım mənə əsəbi halda "səni boşayıram" dedi, biz boşanmış sayılırıqmı?

    04.03.2019
Sual: 
Salam aleykum.Biz nisanliyiq.Aramizda kebin var.Nisanlim bir nece defe meni eseblesdirmek,qorxutmaq ve hedelemek niyyeti ile "ana men bu qizi bosayacam" ,"senden ayriliram"kimi ifadeler isledib.Ve sonuncu defe biz telefonda dalasanda o mene "talaq" dedi.Bu hadiselerden sonra ona olan niyyetim ve hisslerim deyisib.Ve sorusanda da nisanlim dedi ki "seni eseblesdirmek ucun demisem,ustelik men de esebi idim.Esebi olaraq verilen talaq talaqdan sayilmir,ve niyyetim seni bosamaq olmayib".Amma menim icimde subhe qalib.Bu birinci talaq sayilirmi?
Cavab: 
Və aleykum Salam. Əvvəla boşanma məsələsinə məsuliyyətsiz, səhlənkar yanaşmaq olmaz və istər qadın, istərsə də kişi boşanma məsələsinə ciddi yanaşmalıdır.

Dırnaq uzatmaq və dırnaqları rəngləmək olarmı?

    01.03.2019
Sual: 
dirnaq uzatmaq gunahdurmi ve boyali dirnaq haramdirmi
Cavab: 
Salam aleykum. Dırnaq uzatmaq fitrətə (yaradılışa) ziddir, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dırnaqları müəyyən vaxtdan bir tutmağı buyurmuşdur. Dırnaqlara boya qoymağa gəldikdə isə dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir.

Valideynin sözü ilə əsaslı səbəb olmadan qadını boşamaq günahdırmı?

    01.03.2019
Sual: 
Salam.Yoldasim meni anasinin sözü ile hev günahim olmadiqi halda bosadi.İndi yoldasim ucun cox darixiram.Men hansi sureni oxusam bu daarixmaqim kecer.Ve Yoldasim günah qazandimi bu hereketi ile.?
Cavab: 
Və aleykum Salam. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir surə yoxdur. Əsaslı səbəb olmadan boşanmaq isə günah sayılır. Həyatda nəisə itirmək, kimdənsə ayrılmaq Uca Allahın sınağıdır.

Pages