müxtəlif

Aşura gününün orucu

    06.06.2026

Aşura – hicri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Aşura sözü ərəb dilində "onuncu" deməkdir. Aşura günündə oruc tutmaq bəyənilən əməllərdən sayılır. İbn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: “Bu nədir?”
On­lar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmən­lə­rin­dən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tut­muş­dur”.

Hicri təqvim və Muhərrəm ayı

    02.06.2026

Möhtərəm müsəlmanlar! Mübarək Həcc ayları (Zülqadə və Zülhiccə ayları) bitdikdən sonra Allahın ayı olan Muhərrəm ayı gəlir. Bu ay hicri ilin açarıdır. Yəni hicri il məhz bu aydan başlayır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Muhərrəm ayını “Allahın ayı” adlandırmışdır. Peyğəmbərimiz ﷺ buyurur: “Fərz namazlarından sonra ən fəzilətli namaz gecənin yarısı qılınan namazdır. Ramazan orucundan sonra tutulan ən fəzilətli oruc isə Allahın ayı olsn Muhərrəm ayında tutulan orucdur”. (Muslim, 1163).

Cənnəti zəmanət altına alan altı əməl

    09.04.2026

Hər kəsə məlumdur ki, zəmanət insanların həyatında böyük əhəmiyyətə malikdir və ticarət münasibətlərində xüsusi yer tutur. Zəmanət verilmiş mallar insanlar arasında, həmişə digər mallardan daha etibarlı sayılır və zəmanətsiz mallarla müqayisədə daha yüksək qiymətləndiri­lir. Bu, insanların təminatlı şeylərə olan marağının və diqqətinin nə qədər böyük olduğunu göstərir. Əgər zəmanət verən şəxs dürüst və etibarlı, sadiq və vicdanlıdırsa, insanların bu zəmanətə etibarı daha da artır.

Şaban ayında oruc tutmağın hikmətləri

    14.01.2026

Möhtətrəm müsəlmanlar! Qarşıdan Şaban ayı gəlir. Peyğəmbər Şaban ayında çox oruc tutardı. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi bəzən o qədər çox oruc tutardı ki, “artıq ayın sonuna qədər oruc tutacaq” deyərdik; bəzən də oruc tutmazdı hətta “artıq ayın sonuna qədər oruc tutmayacaq” deyərdik. Mən Peyğəmbərin Ramazandan başqa heç bir ayı tam orucla keçirdiyini görmədim. Onu digər aylarda Şaban ayında tutduğu qədər çox oruc tutan görmədim”. (əl-Buxari, 1833; Muslim, 1956).

Qış möminin baharıdır

    27.11.2024

Möhtərəm müsəlmanlar! Qış mömin üçün ibadət və hikmətlə dolu xüsusi bir zamandır. Uca Allah hikmət sahibidir və yaratdığı hər şeydə dərin mənalar vardır. Allah insanı yalnız Ona ibadət etsin deyə yaratmışdır: “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım" (əz-Zariyat, 56). Həyatımız isə əbədi olan Axirətə bir keçid mərhələsidir. Mömin dünyada bir müsafir kimidir – müvəqqəti dayanacaqda qalıb öz əsl yurduna, Axirətə yol alır.

Gözü harama baxmaqdan qorumağın faydaları

    27.10.2024

Bildiyimiz kimi günahlar insanın qəlbinə mənfi təsir edir. Göz zinası insanın qəlbinə ən çox təsir edən günahlardan biridir. Qəlb bədənin padşahıdır. Bir hədisdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: “Həqiqətən, insanın bədənində bir ət parçası var. Əgər bu ət parçası salamat olsa, sağlam olsa, bütün bədən sağlam olar, yox əgər korlansa, bütün bədən korlanar. Bilin ki, bu ət parçası qəlbdir”. (əl-Buxari, 50,52; Muslim, 1599, 2996, 4178). Əgər şeytan bir insanın qəlbinə hakim oldusa, artıq onu həlak etmişdir. Şeytanın qəlbi həlak etmək üçün müxtəlif yolları var.

İslam dini bir olmağı əmr edir

    17.10.2024

İslam dini camaat dinidir, birliyə, gözəl əxlaqa, dəyərli xüsusiyyətlərə çağırır. Parçalanmağı, kin-küdurəti, ziyan verməyi, fitnə-fəsad törətməyi qadağan edir. İslamda dininin məqsədi insanların biri-birinə ilə olan münasibətlərini yaxşılaşdırmaqdır. Məhz buna görə də İslam dini camaat namazları, həcc, zəkat, təravih, əqiq məclisi (yeni uşaq doğulanda verilən məclis) və s. bu kimi müsəlmanları bir yerə toplayan ibadətləri buyurmuşdur. O şeylər ki insanlar arasında fitnə-fəsada, ayrılığa, parçalanmağa gətirib çıxarır İslam dini onu qadağan edir.

Nəfslə mübarizə etmək

    12.09.2024

Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız. Allah yolunda lazımınca cihad edin” (əl-Həcc, 77-78).
Bu ayədə Uca Allah bizi ibadətlə yanaşı Onun yolunda cihad etməyə çağırır. Cihadın dörd mərtəbəsi var: 

İlk müsəlmanların çəkdiyi əziyyətlər (davamı)

    28.08.2024

Səd ibn Əbu Vaqqas: Sədin oğlu Musab demişdir: “Onun haqda Quranda ayələr nazil olmuşdur. Sədin anası dinindən dönməyincəyə kimi onunla danışma­mağa, yeməyib-içməməyə and içdi. Sonra ona belə dedi: “Sən Allahın anan və atanı sənə vəsiyyət ediyini iddia edirsən. Sənin anan mənəm və sənə bunu mən əmr edirəm”. O, üç gün belə oturdu, sonra isə halsızlıqdan huşunu itirdi. Onun Umara adlı oğlu ona su verdi. O (qadın) isə Sədin əleyhinə dua etməyə başladı.

Pages