Meyvə bağından gizli meyvə yemək haqqında və digər suallar

    03.07.2014
Kimdən: 
esma
Sual: 
salamun eleykum.1 heyetde 2 qardas yasayir.1i bagda meyve agaci ekir,o biri qardas gizli yeyir.bu gunahdirmi?ya heyete gelen qonaq o meyveden gizli yese gunahdimi?2ci sual.xristianlar namaz qilirmi?yeni xristianlar cennetlikdir ya kafirdiler?butun dunya xalqina islami qebul etmek emr olunubmu?3cu sual.oluye ad gunu kecirmek duzgundurmu?4.salavat deyerken uze mesh cekmek dozgundurmu?5.namazda duani secde halinda ya elleri goye qaldirmaqla etmek lazimdir?6.eger 1 insanin usagi yeniyetmelik yasina catmadan dunyasin deyisibse onun valideynleri cennetlikmi olurlar?7.yuxular duzdurmu?yeni 1i deyir yuxuda mene deyildi ki.senin sag elinde sefa var,o elinle xesteleri mualice et.bu ne derecede dogrudur?ve menim oglum dunyaya gelmemis.hele ana betnindeyken qaynanam gelib mene dedi ki,yuxuda mene dediler ki,dur usaga ad qoy.bu seyler ne derecede dogrudur?xahis edirem suallarimin her 1in ayriliqda cavablandirin.onceden tesekkurler.Allah sizden razi olsun
Cavab: 

Aleykum salam.
1) Meyvə bağının sahibi olan qardaş əvvəlcədən halallıq verməyibsə, digər qardaş və ya gələn qonaqlar o meyvələrdən dadmaq üçün ondan icazə almalıdır. Əks təqdirdə günah etmiş olurlar. Dinimizə görə üzərində haqqın olmayan, istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan mənimsəmək günah sayılır. Yaxşı olar ki, halallığını alıb sonra yesin.
2) Xeyr, xristianlar namaz qılmırlar. Namazı yalnız müsəlmanlar qılır, çünki namaz qılmağın əsas şərtlərindən biri də müsəlman olmaqdır. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!"– deyənlər artıq kafir oldular" (əl-Maidə, 17).  Ümumən Allaha şərik qoşan və öz küfrlərindən əl çəkməyən hər bir inadkar kafir Cəhənnəmdə əbədi qalacaq. Burada yalnız haqq çatmayan cahillər istisnadır, onlar Qiyamət günü xüsusi imtahan olunacaqlar. Daha ətraflı bu linkləri oxuyun:
Qeyri müsəlmanlar Cənnətə, yoxsa Cəhənnəmə düşəcəklər?
Cahillik üzrlüdürmü?
Xristianlar niyə kafirdir?
3) Bəli, islam dini ümümbəşər və haqq olan bir dindir. Uca Allah buyurur: Həqiqətən, Allah yanında qəbul olunan din, (yalnız) İslamdır! (Ali İmran, 19).
İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali İmran, 85).
"(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti bilməz!" (Səba, 28).

İslam dini nəyin ki, təkcə bütün insanlara, hətta cinlərə göndərilib: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". (əl-Ənbiya, 107).
Həmçinin bunları oxuyun: "Necə oldu ki, dünyadakı insanlar İslam dinini tanıdılar?" , İslam - tək haqq dindir , Din nədir? 
4) Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) istər ölülər, istərsədə dirilər üçün ad günü qeyd etməmiş və qeyd etməyi də buyurmamışdır. Bu haqda heç bir səhih məlumat yoxdur. Həmçinin bu linki oxuyun:  Ad günü qeyd etmək olarmı?
5) Xeyr, bu düzgün deyil. Qurani Kərimdə və ya Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) hədislərində bununla bağlı heç bir səhih hədis yoxdur. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir. İslamda hər bir yenilik bidət, hər bir bidət zəlalət, hər bir zəlalət isə cəhənnəmdədir. (Buxari və Müslim). Həmçinin bunu oxuyun: "Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?" 
6)
Namazda səcdə halında dua etmək olar və hətta hədislərə görə bu yaxşı haldır: "Səcdədə "subhanə rabbiyə-l-a'lə" duasından başqa oxunan dualar varmı?" , "Namazda olarkən səcdədə dua etmək doğrudur?"
Əlləri qaldıraraq dua etmək isə vitr namazında rükudan qalxarkən qunut duasını oxuyarkən olur: "Vitr namazında edilən qunut duası"
Yaxud da bəla və müsibət anında istənilən namazda rükudan sonra əlləri qaldıraraq dua etmək mümkündür. 
7) Səhih hədislərdə bildirilir ki, həddi-büluğa çatmadan dünyasını dəyişən müsəlmanların uşaqları qiyamət günü müsəlman valideynlərinə şəfaətçi olacaqlar. Belə ki, onlar, Cənnətin qapısının ağzında dayanıb onlara ora girməyin tələsin deyən mələklərə, valideynlərimiz bura girmədikcə biz də bura daxil olmayacıq deyəcəklər. Hətta bir hədisdə deyilir ki, uşaq valideyininin paltarının ətəyindən yapışacaq və deyəcək ki, ya Rəbbim bunlar bura girmədikcə, biz də daxil olmayacıq və Allah Təala onların şəfaətini qəbul edəcək. Daha ətraflı cavabı buradan oxuyun: "Ölmüş körpə üçün ağlamaq"
8) Təbii ki, dinimizə görə bu və bu kimi fikirlər doğru deyil. İnsan yalnız Uca Allahın izni ilə hansısa xəstənin sağalmasına səbəb və ya vasitəçi ola bilər. Ancaq unutmayın ki, şəfanı verən yalnız Allahdır. Həmçinin adətən belə yuxular şeytandan olur və yuxuda insana dini yöndən yaxınlaşaraq gördüyü yuxuya və ya əmələ dini don geyindirir. Əslində bunların hamısı şeytandır. Həmçinin oxuyun: "Yuxular çin çıxırmı?"

Teqlər: 
Paylaş: