ailə

Valideynlərim dul qadınla evlənməyimə razı deyillər...

    19.11.2015
Sual: 
salam aleykum Allah rizasi bu sualima cavab isterdim . men subay oglanam ve cox uwagli bir xanimla cahiliyyet dovrunnen taniwiq ve 5aydi ki islama gelmiwem hemcinin oda mennen sonra islama gelib yeni ibadet edir biz evlenmek kebin kesdirmek isteyirik ama valideynlerim nerazidi xususilede atam. ama hec cure ayrila bilmirik ve istemirikde ayrilmag.neyniye bilerem? Allah rizasi fikir ve meslehetlerinizi gozleyecem. Assalamu aleykum ve rehmetullahi ve bereketuh
Cavab: 
və aleykum Salam. Kəbində oğlan üçün vəli vacib deyil. Vəlinin vacib olması qadın üçündür. Əgər valideynlər cahildirlərsə, oğlan isə dindardır və ona dindar qız almaq istəmirlərsə, bu hallarda valideynlərdən icazə alınmasa da olar. Digər hallarda isə valideyndən halallıq alınmalıdır.

Başqa qadına ana demək olarmı?

    16.11.2015
Sual: 
Salam. Men oz Anamı uşaq vaxtı ıtırdım ve men oz Mullımemı ana kımı qebul etdım onunda evladı olmur gunahmı bu evladı olmayan bırıne evlad kımı yanaşmaq.. Hemde anam qebır ezabı cekermı men ona ana gozuyle baxb ana dedıyım ucun
Cavab: 

Və aleykum Salalm. Siz hər bir yaşlı qadına ehtiram və hörmət edərək ana kimi baxa bilərsiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ki­çiyimizə rəhm etməyən və böyüyümüzə hörmət göstərməyən kimsə biz­dən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 356).

Qadın kəbini pozdura bilərmi?

    16.11.2015
Sual: 
Salam aleykum.eger nisanli olan bir qiz uzuyu qaytarib, butun elaqeleri kesibse, ondan birdefelik ayrilibsa amma nisanlisi ondan ayrilmaq istemirse nece kebini poza biler.Oglan hele de umid edir ki barisacaqlar.amma qeti qerar verilib.yeni bagislamaqliq, sebr etmeklik bir mesele deyil...kebini pozdurmaqdan da oglanin xeberi yoxdur.nece addim atilmalidir.kebibi nece pozmaq olar.cox xahis edirem cavablandirardiz.cox vacibdir...
Cavab: 

Və aleykum Salam. Kişinin kəbini pozulmasından xəbəri yoxdursa, qadın boşanmış sayılmır. Yəni, qadın kəbini pozdura bilməz. Verilən mehri geri qaytararaq kişidən boşanma tələb olunur.

Qaynanam cadu ilə yoldaşımla mənim aramı vurmaq istəyir, nə edim?

    16.11.2015
Sual: 
Salam. Menim qayanam din insanı deyil ne de ki, Qurannın bir ayesini bılmır. onlarda Quran kitabı var, tercümelidi. bu gün dedim Ay ana quran oxumaq istırem icaze versen Aparım evde temiz qüsül alım Quranın ayelerını oxuyum. Qayanam mene vermedı nede ki özü oxumur. toz basır mebelin başinda. heç ona fikir de vermır. Deyır o Quran evden çixsa imkanımız pis olacaq. mende deyırem mende erebce var evezıne onu verim yeri boş qalmasın sadece mene tercümesı lazımdı. Arvad dedı vermırem. hem de yanında dini sözlere qulaq adıram, bu da uzanıyıb televızorun sesini qaldırır Açiğ saçiğ geyınenlere baxır.
Cavab: 
Və aleykum Salam. Allaha dua edirik ki, sizə kömək olsun, səbr versin və ailənizə mehribanlıq bəxş etsin! Quran oxumaq üçün bu gün o qədər imkanlar var ki! Siz internetdən, elə bizim saytdan, digər vasitələrlə Quran oxuya bilərsiniz.

Ərimlə Moskvaya köçəndən sonra o, burada başqa qızla görüşür...

    16.11.2015
Sual: 
salam men mokvada yasayiram demek olar ki 6 aydir biz evlenmisik ve toydan sonura bura geldik burda erimin kohne yaadiqi bir qiz var onunla yeniden bir araya gelibler ve men bu barede hecne ede bilmirem hemi dil bilmirem hemde qeribem hara gedim ne edim bilmirem bu barede mene bir duzgun agilli fkir deyen var?
Cavab: 

Nihad adını dəyişdirmək lazımdırmı?

    10.11.2015
Sual: 
salam aleykum sizin saytfa oxumuşdum ki, uşaqlara mənası ilan ad qoymaq lazımdır. oğlumun birinin adı Nicat, digərinin adı Nihaddır. nicatın mənası aydındır təbii ki. ama nihadın mənasını bilmirəm. Belə çıxır ki, uşağın adını dəyuşməliyəm? Şəriətə uyğun ad olmalıdır mütləq? Uşağın artıq 4 yaşı var.onu başqa adla çağırsalar , bu uşaq üçün psixoloji olaraq zərər olmaz? salam aleykum
Cavab: 

Va aleykumus-Sələm. Nihad adı fars mənşəli olub, mənası dərindən düşünən deməkdir. Dini baxımdan Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız pis mənalı və günahla əlaqəli adları dəyişdirərdi.

Pages