Başqa millətdən və irqdən olan qadınlarla evlənmək olarmı?
Aleykum salam. İslama görə millətlər və irqlər arasında fərq qoyulmur. İnsanların Allah tərəfindən millətlərə və irqlərə bölünərək fərqli yaradılması bir-birilərini tanımaları üçündür. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq.