Sevdiyim oğlanla internet vasitəsilə yazışmaq günahdır?
Sual:
Salam eleykum neçe gundu gozdeyirdim.sual verme acilsin.SUKUR acildi xayis edrem cablandirasiz menim.sevdiyim.oglan var onla vatcapda yazsiriq bir birmizi ailelermizi taniyriq fikirmiz cididi bu gunahdi yoxsa yox
Cavab:
Va aleykum Salam. İslamda sevgi, sevib-sevilmək ancaq ciddi şəkildə ailə qurmaq niyyəti ilə olmalıdır. Əks halda icazəli deyil və sonu zina kimi böyük günahla nəticələnə bilər. Odur ki, siz sevgili olsanız belə hələki bir-birinizə naməhrəm sayılırsınız. Naməhrəmlə ünsiyyətdə olmaq günahdır.