namaz

Təravih namazını qıldıqdan sonra vitr namazını evdə 11 rükət qıla bilərəmmi?

    12.05.2017
Sual: 
Salam Aleykum bilmek isdeyirem ki , Ramadan ayinda teravit namazini mecidde gildigdan sonra vitr nanazini saxlayib , eve geldikden sonra elave 11 rukat namaz gilib sona vitr namazini gila bileremmi ?! Xahis edirem Ramadan ayina kimi cavab yazin . Allah sizden razi olsun !
Cavab: 

Va aleykum Salam. Təravih namazını camaatla məsciddə qıldıqda Vitri saxlayıb evə gəldikdən sonra sübh namazına qədər iki-iki ürəyiniz istəyən qədər nafilə namaz qılıb sonda da Vitrlə tamamlaya bilərsiniz.

Namaz qılarkən niyyəti dəyişərək başqa namaza keçmək olarmı?

    12.05.2017
Sual: 
Salam Aleykum Allah sizden razi olsun sizin bu xeyirli emeliniz ucun hemise size duaciyam Size bir nece suslim var. 1 eyer boyunumda hec bir gusulum yoxdursa, yeni ele bele duś gebul etmek desdemazi evez ede bolermi? 2her hansisa zikir etdikde fikr yayinirsa o zikirleri yeniden tekrarlamaliyig?3 namaz gilarken , namazin icinde niyyeti deyise bileikmi ? ( meselen gece namazinda hiss edirsenki cox yorgunsan , onun niyetini deysib vitr namazi etmek )
Cavab: 
Və aleykum Salam.
1. Sərinlənmək və ya başqa səbəblə çimmək qüslu əvəz etmir. Daha ətraflı: Çimmək dəstəmazı əvəz edirmi?

Pirin yaxınlığında yerləşən məsciddə namaz qılmaq olarmı?

    12.05.2017
Sual: 
Salamun aleykum qardas bu qubaya gedən yolda beş barmaqda mescid kimi yer var orda namaz qilmaq icazelidirmi? mən həmişə o yoldan kecəndə orda qilmişam, indi bir el tələbəsindən esidirəm ki orda qilmaq olmaz
Cavab: 
Va aleykum Salam. Hamam, qəbristanlıq və içərisində qəbir olmayan istənilən təmiz yerdə namaz qılmaq olar.

Kompasla qibləni necə tapmaq olar?

    07.05.2017
Sual: 
Salam Aleykum. Men size sual vermek isteyirem ki Kompasla qibleni nece teyin edim? Yeni kompasda oxlarin hansina emel etmeliyem cenuba yoxsa Serqe ya Qerbe? Onu bile bilmirem.Xais edirem cavablandirardiz
Cavab: 

Və aleykum Salam. Kompasda S hərfi cənubu görtərir, bu da 180 dərəcə deməkdir. Azərbaycanda qiblə 207 dərəcə istiqamətindədir. Ona görə də, "S" istiqamətindən bir qədər sağa döndükdə qibləyə dönmüş olursunuz.

Pages