namaz

Namaz qılanda səcdədə ölən yaxınlarımız üçün bağışlanma istəmək olarmı?

    14.07.2017
Sual: 
Salam aleykum. Namaz qilanda secde ederken dunyasini deyiwmiw yaxinlarimiz ucun Allahdan bagiwlanma dileye bilerikmi?
Cavab: 
Və aleykum Salam. Namaz qılarkən səcdə əsnasında müsəlman olan istədiyiniz şəxsə üçün bağışlanma diləyə bilərsiniz. Ölən müsəlman qohumlarınız üçün də bağışlanma buraya aiddir. Daha ətraflı: 

Tez-tez sidik damcıları gələn adam necə dəstəmaz alıb namaz qılmalıdır?

    14.07.2017
Sual: 
Salam aleykum.mende deatemaz alandan sora bir ve yaa iki damci sidy ifraz olur bu destamazi pozurmu.qeyd edimki bu namaz vaxtinda da gelir
Cavab: 
Va aleykum Salam. Dəstəmaz aldıqdan sonra və ya namaz əsnasında bu cür fikirlərin gəlməsi şeytanın ibadəti çətin göstərmək üçün etdiyi vəsvəsədir. Vəsvəsəyə fikir verdikdə daha da çoxalır. Ona görə də, ta əmin olmadıqca bu cür şeylərə fikir verməmək lazımdır.

Dəstəmaz alarkən yalnız Sübh namazı üçün almağa niyyət etmək olarmı?

    14.07.2017
Sual: 
subh namaz icin destnamz aliram niyet ama subh namazi qilmaqdi zohhur qilmaq olar ya ox
Cavab: 
Salam aleykum. Dəstəmaz alanda yalnız hansısa bir namaz üçün almağa niyyət etmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsinə ziddir. Ona görə özünüzü çətinliyə salmayaraq dəstəmazı ümumən namaz qılmaq niyyəti ilə alın. Həmçinin oxuyun:

Quranda övladın vəfat etmiş atasının əvəzinə namaz qılması haqda ayə varmı?

    07.07.2017
Sual: 
Quranın hansı suresindedi vefat eden ata ananın qeza namazını böyuk övladı qılmalıdı
Cavab: 
Salam aleykum. Vəfat etmiş insanın yerinə namaz qılmaq icazəli deyil, bu barədə Qurani-Kərimdə hər hansı ayə yoxdur. Daha ətraflı: Ölmüş insanın əvəzinə namaz qılmaq olarmı?

Namazda səcdələr arası təkbir deyəndə əlləri qaldırmaq olarmı?

    03.07.2017
Sual: 
Assalamu aleykum men Allahin izniynen 2 ay olar namaza bawdamiwam secdeler arasinda Allahu Akbar dyende ellerimi qaldirib secdeye gerem qardawdar dyirlerki secdede elleri qaldirmax haramdi sualimda budu xaiw cvbi tam yazasiz secdede elleri qaldirmax namazi batil elyir
Cavab: 

Və aleykum Salam. Səcdələr arası təkbir deyildiyi zaman əlləri qaldırmaq haram deyil, lakin sünnəyə daha uyğun olan namazın dörd yerində təkbir edərkən, yəni "Allahu Əkbər" deyərkən əlləri qaldırmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dörd yerdə əl ilə təkbir etmişdir.

Gün ərzində çatdıra bildiyim qədər namaz qıla bilərəmmi?

    03.07.2017
Sual: 
Salam namaz qilmaq istiyirem ancaq oxudugum ucun catdira bilmirem.Amma namaz qilmaq cox isteyirem.Gun erzinde catdira bildiyim qeder qilsam gunah olar?
Cavab: 

Və aleykum Salam. Namazları vaxtında qılmaq hər bir müsəlmana vacibdir. Siz namaz qılmağa başlayın, çatdıra bilmədiyiniz namazları namazın vaxtı çıxmamış, ayaq üstə və ya oturaraq da qıla bilərsiniz, bəzi hallarda namazları birləşdirmək də icazəlidir.

Falçının evində namaz qılmaq olarmı?

    01.07.2017
Sual: 
Salam. Size bir sualim olacaq. Falci olan evde namaz qilmaq olarmi? Sualima cavab versez cox sevinerem. İndiden tewekkur edirem.
Cavab: 
Və aleykum Salam. Falçı olan evdə qılınan namaz batil deyil, lakin belə insanlardan uzaq olmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar.

Allahın mənə şəfa verməsi üçün necə dua edim?

    01.07.2017
Sual: 
Salam.Bagislayin sualima gore,Men fiziki qusurlu insanam,Amma hec bir vaxt Allaha usyan etmemisem,hemise sukur etmisem,hara ise muraciet ediremse mene is vermirler qusurum oldugu ucun,men Allaha namazin sonunda ne sekilde dua ede bilerem ki,menim xesteliyimi komek olsun,heddimi asmis kimi olmuyum,Men Allahdan nece mene komek etemsini isteye bilerem,Evvelceden tesekkur edirem
Cavab: 
Və aleykum Salam. Allah sizə kömək olsun! Namazın sonunda salamlardan qabaq istədiyiniz şəkildə dua edə bilərsiniz, həmçinin Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) etdiyi duaları etməniz daha yaxşıdır. Daha ətraflı:

Namazı vaxt girəndən 1-2 saat sonra qılmaq qəza sayılırmı?

    29.06.2017
Sual: 
Salam Alekum. Bagwlayin bir sual verim Men Namaz Qiliram. Ama iwde imkan olmur vaxtinda qilmaqa yeni Azanda hardasa 1 ve ya 2saat sonra qiliram. Bu Qeza mene gunah sayilirmi? Birde Qezani qilmaq vacibdirmi?
Cavab: 
Və aleykum Salam. Namazın vaxtı girən kimi qılmaq ən xeyirli əməllərdəndir, lakin namazı vaxtı çıxana qədər qılmaq icazəlidir və qəza sayılmır. Yalnız vaxt çıxandan sonra namaz qəza edilmiş sayılır. Bu namazı qılmaq vacibdir və onu tərtiblə yerinə yetirmək lazımdır.

Pages