namaz
Əlləri açıq şəkildə namaz qılmaq olarmı?
Və aleykum Salam. Namazda əlləri bağlamaq təkid olunmuş sünnələrdəndir.
Namaz qılmaq istəyirəm, amma içimdə qorxu hissi var...
Və aleykum Salam. Namaz qılmaq və digər xeyirli əməllər etmək istəyən insanı şeytan müxtəlif üsullarla əməlindən çəkindirmək istəyir.
Babam öldükdən sonra onun qəza namazlarını biz qıla bilərikmi?
Yuxuda namaz qılmağın anlamı nədir?
Bəzi məscidlərdə qiblənin istiqaməti səhv ola bilərmi?
Və aleykum Salam. Qədim məscidlərdə qiblənin bir qədər sağa və ya sola əyilməsi mümkündür, çünki o dövrlərdə kompassız, təqribi şəkildə qiblənin hansı istiqamətdə olmasını müəyyənləşdirib məscid tikirdilər.
Tövbə etdikdən sonra keçmiş illərin namazlarının qəzasını qılmaq lazımdırmı?
Və aleykum Salam. Həddi-büluğ yaşına çatandan sonra ağlı başında olan hər kəsə namaz qılmaq vacibdir. Namazı qəsdən buraxmaq ən böyük günahlardandır. Belə etmisinizsə, səmimi qəlbdən tövbə edərək çoxlu xeyirli əməllər edin və bir daha namazları buraxmayın.
Namazları birləşdirib axşam hamısını bir vaxtda qılmaq olarmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: Namazları qılmağa vaxt olmadığı üçün gecə hamısını birdən qılmaq olarmı?
Gecə yatmayıb Sübh namazını qıldıqdan sonra yatmaq olarmı?
Və aleykum Salam. Bu cür qılınan namaz səhihdir, amma gecəni yatmağa çalışın, çünki bu insanın yaradılışına daha uyğundur. Uca Allah buyurur: "Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur.
Namaza başladıqdan sonra baş ağrıların əmələ gəlməsi nədən ola bilər?
Va aleykum Salam. Namaza yeni başladıqda şeytan müxtəlif üsullarla insanı Cənnətə aparan bu yoldan var gücü ilə çəkindirməyə çalışır. Amma Allaha təvəkkül edən insanlar üçün şeytanın tələsi zəifdir.