Namaz qılmadığı halda yaxşı əməllər edəni Cəhənnəmdə əzab gözləyirmi?
Sual:
Namaz qilmayan sexs,pis emellerden cekinerse, ve hemise oruc tutarsa,hemin sexsi o dunyada cehennem ezabi gozleyirmi? Qeyd edim ki, hemin sexs hemise namaz qilmaga sey gostermis amma nesib olmamisdir.
Cavab:
Va aleykum Salam. Namaz qılmamaq böyük günah və insanın Cəhənnəmə düşməsinə səbəbdir. Uca Allah buyurur: "Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində.