namaz

Yoldaşımı namaza necə qaytarım?

    18.11.2017
Sual: 
Salam aleykum. Menim yoldaşım namaz qılırdı ancaq indi daha qılmaq istemir. Deyir ki vaxtında qila bilmirem, qeza yığılır ve yorğun oluram deye qilmaq istemirem. Men ne qeder desemde deyir meni mecbur eleme. Zehmet olmasa mene deyerdiz nece onu namaza qaytarım. Ve namazi qilib saxlamağın gunahi nedir? Etrafli melumat vererdiniz zehmet olmasa. Evvelceden minnetdaram.
Cavab: 
Va aleykum Salam. İslam dini asan dindir. Uca Allah namazı asanlaşdırmışdır. Daha ətraflı:

Bəzən yalnız fərz namazlarını qılmaq doğrudurmu?

    17.11.2017
Sual: 
Salam. İndidən təşəkkür edirəm. Mənim sizə bir sualım var? Men namaz qılıram. 15 yaşım var. Ve elbetdeki hazirlıqlarada gedirem birden olur ki çatdıra bilmirem və təkcə fərz namazlarını qılıram buna göre heç nə olmazki? Bəzən də olrur ki müəllimimin evində qılıram ilkindi namazlarını. İçimdə vəsvəsə var mən bunu necə edimki getsin?
Cavab: 

Və aleykum Salam. Bu vəsvəslərə fikir verməyin. Uca Allahın vacib buyurduğu namazlar, gündəlik beş vaxt fərz namazlarıdır.

Qan ləkəsi namazı batil edirmi?

    15.11.2017
Sual: 
Salam.Eger bedenden çixan qan sonradan dərinin üstünde qalib quruyubsa bu halda namaz qılmaq olar?
Cavab: 
Va aleykum Salam. Qan murdar deyil. Onun üstünüzdə qalması namazı batil etmir, amma bu qan ləkəsini təmizləmək lazımdır. Əgər paltarda və ya bədəndə qan ləkəsi varsa, bacardığınız qədər təmizləyin. Ancaq təmizləyə bilmədiyiniz ləkələrin sizin dəstəmaza və ya namaza təsiri yoxdur.

Namaza iqamə verildikdə, fərz namazından başqa namaz qılmaq olarmı?

    15.11.2017
Sual: 
As salamu aleykum. Bildiyiviz kimi zohr namazi 6 ruket sunnet ve dord riket farzdan ibaretdir. Eger men mescidde zohr namazin sunnetini qiliramsa, ve imam camaatla farzini qilmaqa bawliyirsa men ne etmeliyem? Kecen defe bilmedim neyniyim ve sunnet namazi yarimciq pozub camaata birlewdim. Bu duzdurmu? Allah razi qalsin
Cavab: 

Və aleykum Salam. Siz düzgün etmisiniz. Belə ki, fərz namazı qılmaq üçün iqamə verilirsə, siz sünnəni tərk edib camaatla qılınacaq fərz namazına qoşulmalısınız.

Vaxtım olmadığına görə namazları qəza etməyim günahdırmı?

    15.11.2017
Sual: 
Salam men her gun zikir edirem namzda qiliram. Ayileli oldugumdan qaynana qaynata oldugundan vaxd mehdudiyyyeti var. Ona gorede namazi vaxdinda qilmiram Meselen;gunorta zohr, esr namazlarini saat 3de 4 de qiliram, sam xuften namazlarini gece 10 da 11 de qiliram.(subh namazin vaxdinda qillam)Bu duzgundurmu? Qebuldurmu?
Cavab: 
Və aleykum Salam. Namazları qəza etmək günahdır. Yalnız bəzi hallarda Zöhrlə Əsri, Məğriblə də İşanı birləşdirmək olar. Çalışın namazları vaxtında qılasınız. Zərurət halında isə birləşdirə bilərsiniz. Daha ətraflı: 

Namaz qılarkən namazın vaxtı çıxarsa, namaz batil olurmu?

    15.11.2017
Sual: 
Salam. Namaz vaxtı çıxmamış namaza başlasaq və namaz qılarkən namazın vaxtı çıxarsa namaz batil olur? Əvvəlcədən təşəkkürlər!
Cavab: 

Va aleykum Salam. Səhih hədislərə əsasən kim namazın vaxtı çıxmamış namaza başlayar və namaz əsnasında namazın vaxtı çıxarsa, onun namazı səhihdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır.

Qadın digər qadınlara imamlıq edə bilərmi?

    15.11.2017
Sual: 
As salam aleykum ve rehmetullahi ve bereketuh. ALLAHın izni ile sizin sayenizde bilmediklerimizi burdan öyrenirik. ALLAH sizden razı olsun ve sizi xeyirle mükafatlandırsın.əmin. Sualım beledir; iki ve ya daha artıq qadın namaz qıldığı halda, bir qadın digərlərinə imamlıq ede bilermi? Öncədən təşəkkürümü bildirirəm. Salam aleykum.
Cavab: 
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Qadınlar öz aralarında camaat namazı qıla bilərlər. Ancaq kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə (səfdə) durmalıdır.

Pages