namaz
Bədəndən daimi çirk gəlirsə, namaz qılmaq olar?
Salam aleykum. Allaha dua edirik ki, sizə tezliklə şəfa versin və bu xəstəlik nəticəsində sizin günahlarınızı bağışlasın. Əgər çirk daimi gəlirsə, hər dəfə namaz qılanda çirk gələn hissəni yuyub dəstəmaz alın və namazınızı qılın.
Namaz qılıb hicab geyinməmək olarmı? Namazda "Allhummə salli..." duası nə vaxt deyilir?
Namaz qılıb hicab bağlamamaq haqqında
Qadınlarla kişilər bir yerdə namaz qıla bilərlərmi?
Tavarruk oturuşunu sevmək barədə
Salam aleykum. Sizin bu oturuşu sevmənizdə heç bir qəbahət yoxdur. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi hər bir şeyi sevmək müsəlmanlara vacibdir.
Namazı beş vaxtda qılmaq sünni namazı sayılır?
Və aleykum Salam. Hansı namaz sayılmağına fikir vermədən, Uca Allahın Quranda beş dəfə namaz qılmaq əmrini yerinə yetirmək lazımdır. Daha ətraflı:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Niyə insanların fikri tək deyil, onların arasında ixtilaf var?
Ərimin yanında olanda fitnə çıxmaması üçün əlləri açıq namaz qılıram...
Və aleykum Salam. Namazda əlləri bağlamaq sünnədir. Namazda məcburiyyət qarşısında əllərin açılması namazı batil etmir. Ailənin dağılması isə pis nəticələr verə bilər. Onun yanında əllərinizi açıb namaz qıla bilərsiniz ki, ailəniz dağılmasın. Lakin, ərinizi başa salın ki, namazda əllər bağlanır.
Qadın baş örtüksüz və şalvarla namaz qıla bilərmi?
Salam aleykum. Baş örtüksüz və şalvarla namaz qılmaq olmaz. Daha ətraflı: Namaz qılarkən qadın necə geyinməlidir?
Zöhr namazını vaxtından əvvəl qılmaq olarmı?
Və aleykum Salam. Namazları səfərdə birləşdirmək olar. Lakin, səfərdə Sübh, Zöhr və Məğrib namazları vaxtından əvvəl qılına bilməz.