namaz

Namazı gün ərzində üç dəfə qılanın namazları qəbuldurmu?

    25.08.2023
Sual: 
Salam.Əvvəlcədən Allah sizdən razı olsun.Mənim 14 yaşım var və mən artıq namaz qılmağa başlamışam.Lakin mənim bəzi suallarım var.Mən namazı 3 vaxt qılıram.Lakin bəzi yerlərdə bunun doğru olmadığını,5 vaxt qılmalı olduğunu deyirlər.Bəs indi mənim namazım qəbul olunmur? Bir də sizə sualım bu dur ki,ən böyük savablar haqqında mənə məlumat verə bilərsinizmi? zəhmət olmasa
Cavab: 

Və aleykum Salam. Uca Allah namazı beş vaxt vacib buyurmuşdur. Bu barədə ətraflı oxuyun:

Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?


Sübh namazının yalnız fərzini qılmaq olarmı?

    25.08.2023
Sual: 
Salam,namaz qılmağı öyrənirəm,kitabçamda yazılıb ki,səhər namazı 4 rükət olur,sünnət (2) və fərz(2),ikisi də vacibdir və qılınmalıdır?Yoxsa,məsələn sadəcə fərzi qılmaq olarmı?
Cavab: 

Və aleykum Salam. Sübh namazı iki rükətdir. Namazdan əvvəl qılınan iki rükət isə vacib deyil. Lakin bu namazın savabı böyük olduğu üçün Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sübh namazından əvvəl qılınan iki rükət sünnət namazını heç vaxt tərk etməyib.

Namazı tam bilməyən kəs vərəqə və ya telefona baxıb gecə namazı qıla bilərmi?

    24.08.2023
Sual: 
Salam hər vaxtınız xeyir olsun gecə namazını qılmaq istəyirəm ama namazı tam dəqiqliyi ilə bilmirəm vərəqə və yaxudda telefona baxaraq qila bilərəm mi? Yoxsa günah sayılır mı
Cavab: 

Və aleykum Salam. Namazı tam öyrənənə qədər vərəqə və ya telefona baxmaq icazəlidir. Ətraflı oxuyun:

Mənimlə eyni otaqda qalan bacımı narahat etmək istəmədiyim üçün namaza başlaya bilmirəm

    21.08.2023
Sual: 
Salam Aleykum. Men namaz qılmağa başlamaq isteyirem amma evde menden başqa heç kim namaz qılmır ve bacımla eyni otaqda qalırıq gefe durub işığı yandırıb namaz qıla bilmirem hemde bizde gece sularda kesilir destemazda ala bilmirem. Zehmet olmasa meslehet vererdiniz.
Cavab: 

Və aleykum Salam. Gecə su gəlmirsə və sizdə suyu yığmaq üçün su qabı (su baçoku) yoxdursa, bu halda təyəmmüm edib namazı qılmalısınız. Ətraflı oxuyun:

Namazı düzgün qılıb-qılmadığımı bilmək istəyirəm

    20.08.2023
Sual: 
Salam, xaiş edirəm mənim sualarımı cavablayasınız, mən sizə necə namaz qıldığımı burda izah edəcəm, sizdə səfdirmi, düzdürmü zəhmət olmasa fikir bildirərdiniz, əvvələr niyyəti dil ilə deyirdim artığ qəlbimdə niyyət edib təkbir edərək Allahu Əkbər deyib başlayacam, təkbir edərək Allahu əkbər deyirəm həmd, ixlas deyirəm sonra yenə təbrik edirəm, rukuya gedirəm 3 dəfə subhanallah deyirəm , dikəlirəm yenidən təkbir edirəm və gedirəm səcdəyə 3 dəfə sübhanallah deyirəm, otururam Allahu əkbər deyirəm yenə səcdəyə gedirəm, qalxıram yenidən iki rikət həmd ixlas iki rəkətdə isə təsbihəti ərbə və səcdəy
Cavab: 

Və aleykum Salam. Niyyəti qəlbdə etməyiniz doğrudur. Təkbir gətirib əl-Fatihə surəsini, ardınca əl-İxlas surəsini deməyiniz də doğrudur. Sonra təkbir gətirib rükuya gedirsiniz. Rükuda "subhənəllah" deməyiniz doğru deyil. Rükuda 3 dəfə "Subhənə Rabbiyəl-Əzim" deyilir.

Mühiti dəyişdiyinə görə bağırsaqlarında müvəqqəti problem yaranan kəs namazı necə qılmalıdır?

    12.08.2023
Sual: 
Salam aleykum. Mən mühitimi dəyişəndə bağırsaqlarım çox vaxt narahat olur, tez-tez yel çıxır. Bəzən tam keçib getməsi üçün 15 dəq fln gözləyirəm amma yenə dəstəmaz pozulur. Belə olan hallarda mən hər pozulduqca təzdən almalıyam dəstəmazı?
Cavab: 

Və aleykum Salam. Əgər bu hal vacib olan namazın vaxtı çıxana qədər davam edirsə, o halda namazın vaxtı daxil olduqdan sonra dəstəmaz alıb namazınızı qılın. Belə olan halda siz üzürlü sayılırsınız.

Pages